20 yaşlı azərbaycanlı xanımın səyahət layihəsi maraq doğurur
20 yaşı olan Sara Rəcəbli bu il Azərbaycan Turizm və Menecment universitetini bitirib. Universitetdə turizm və qonaqpərvərlik ixtisasına yiyələnmiş Sara Rəcəbli birinci kursdan Mədəniyyət və Turizm Naziriyi, Avropa İttifaqı səfirliyi, Fairmont oteli, Fireflies turizm şirkətində könüllü və təcrübə proqramlarında iştirak edib.
Hal-hazırda "Free to Travel" (Facebook) və "Buta Art & Sweets" (Facebook və Instagram ) layihələrin təsisçisidir, NAYORA-nın Gənc Elçilər proqramın üzvü, “EU Neighbours East” layihəsinin Gənc Avropalı Səfiri kimi fəaliyyət göstərir.
Sara Rəcəbli “Marja”ya bildirdi ki, "Free to travel" layihəsi artıq bir ildən çox fəaliyyət göstərir.Heç bir investisiya qoyulmadan Facebookda 55 ölkədən 1900+ izləyici toplaya bilib:
“Əsas məqsəd gəncləri "mümkünsuz" pulsuz və aşağı büdcəli səyahətlərə ruhlandırmaqdır.Əsas fəaliyyət gənclərin hekayələrinin paylaşımındadır. Artıq bu günə kimi 40 ölkədən 60+ gəncin hekayəsi paylaşılıb, 40 şəhərdə olan pulsuz imkanlar haqqında postlar paylaşılıb, 20+ gəncə belə imkanlar və proqramların tapılmasında yardım göstərilib. Heç vaxt bilməzdim ki, nə vaxtsa layihələr icra edə biləcəm. Bakalavr dövründə Almaniyada Yade Universitetində bir semestr təhsil aldım və orda olarkən solo tur təşkil etmişdim. Çox limitli büdcə ilə tək səyahət etmək həqiqətən riskli idi və bu mənə gələcək heyatımda çox kömək etdi. Solo səyahətim zamanı bir çox pulsuz imkanlardan isitfadə etdim (Couchsurfing, pulsuz turlar, muzeylərə və görməli yerlərə pulsuz giriş). Bu günə kimi DAAD, Avropa Komissiyası, Erasmus+, Gənclər Fondu, Tatarstan Respublikasın Gənclər Nazirliyinin təqaüdlərini qazanaraq Azərbaycanı Ukrayna, Rusiya, Almaniya, Gürcüstan, Qırğızstan, Mərakeş, Türkiyə, İsveç, Polşa və Belçikada təmsil etmişəm. Öz və digər gənclərin təcrübəsini bir platformada paylaşmaq istədim. “Free to Travel” Avropa İttifaqının Türkiyə,İsveç, Polşa, Belçikadakı layihələrində təmsil olunmuşdur”.
Sara Rəcəbli qeyd etdi ki, "Buta Art & Sweets" layihəsi bu ilin avqustunda yaradılıb:
“Əsas məqsəd Azerbaycan mədəniyyətinin elementlərini xaricdə layiqincə təmsil etdirməkdir. Sıfır büdcə ilə başlayırıq.Həmçinin də buraya fiziki cəhətdən məhdudiyyətli xanımlarımızı işə dəvət edirik ki ,onlar özlərini cəmiyyətimiz üçün lazımlı hiss etsinlər və öz gəlirləri də olsun. Planlarımız, ideyalaramız coxdur. “Azerbaijanis in the world”təşkilatına məxsus olan www.aziw-network.com/e-ntrepreneur sayti ilə da əməkdaşlıq edirik, kəlağayılarımız xaricdə yaşayan Azerbaycanlılar və xaricilər üçün satışa qoyulub”.
Sara Rəcəbli, “Hara getmişəmsə, həmişə bizim gənclərimizin istedadı, savadı, dünya görüşü, fərasətinə görə fəxr etmişəm. Biz inanmalıyıq ki, biz güclüyük. Əgər hər şeyə düzgün yanaşırıqsa, heç nə mümkünsüz olmur”,- deyə əlavə etdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
- 12 d. əvvəl
-
19 d. əvvəl
Siqaret qaçaqmalçılığı işi üzrə gəmi kapitanı və daha 2 nəfər həbs edilib
-
22 d. əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazlar ticarətə buraxılır
- 47 d. əvvəl
- 51 d. əvvəl
- 54 d. əvvəl
-
1 saat əvvəl
"Amazon Web Services" Azərbaycanla birgə işləmək üçün böyük potensial görür
-
1 saat əvvəl
Qırmızı Ürəklər Fondu “Bayram Səbəti” xeyriyyə aksiyasına start verir
- 1 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazlar ticarətə buraxılır
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində səfərdədir - “Gələcəyin oyunları 2025”in açılışı keçirilib
Dekabrın 18-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Həmişə sevdiklərimin itkisi ilə sınanmışam!
Avant Park yaşayış kompleksi sakinlərin istifadəsinə verilib - VİDEO
Azərbaycanda şirkətlərin sayı 203 mini keçib
Bank filial və şöbələrində növbə sistemlərinin qurulması üçün avadanlıqlar və xidmətlər satın alır
Magistral su kanalları 46 milyon manata yenidən qurulacaq - BU ŞİRKƏT TENDERDƏ QALİB OLDU




















