Rəşt-Astara dəmir yolu xəttinin tikintisinə dair müqavilə yazadək imzalana bilər
İran və Rusiya 2025-ci ilin martına qədər Rəşt-Astara dəmir yolu xəttinin tikintisinə dair müqavilə imzalamaq barədə razılığa gəliblər.
“TASS”ın verdiyi məlumata görə, bu barədə İranın Rusiyadakı səfiri Kazem Cəlali bildirib.
Məlumata görə, İran və Rusiyanın nəqliyyat nazirləri 2025-ci ilin martına qədər Rəşt-Astara dəmir yolu hissəsinin tikintisinə dair saziş imzalamaq barədə razılıq əldə ediblər.
“Rusiyanın nəqliyyat naziri və onun iranlı həmkarı son üç ayda bu layihə ilə bağlı videoəlaqə vasitəsi ilə çoxsaylı məsləhətləşmələr aparıblar. Onlar bu ilin mart ayına kimi bu layihənin həyata keçirilməsinə dair saziş imzalamaq barədə razılığa gəliblər və ümid edirik ki, bu il onun həyata keçirilməsi istiqamətində ilk addımları ata biləcəyik”, - səfir qeyd edib.
Kazem Cəlali onu da bildirib ki, İran və Rusiya arasında qarşılıqlı əlaqə bütün istiqamətlərdə uğurla inkişaf edir və Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması ikitərəfli əməkdaşlıq çərçivəsində meqalayihədir. Layihənin icrası ümumilikdə kifayət qədər uğurla gedir və hazırda ən vacib məsələ Rəşt-Astara hissəsində dəmir yolunun tikintisidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
5 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
Ən çox oxunanlar
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)





.jpg)











