Azərbaycanda nağdsız ödənişlərin həcmi 1,5 dəfə artıb - 8,5 milyard manatlıq əməliyyat!
Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir.
Marja.az xəbər verir ki, bu, Mərkəzi Bankın "Statistik Bülleten Dekabr 2024" buraxılşında bildirilir.
Qeyd edilib ki, 2024-cü ilin dekabr ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1.5 dəfə artmışdır.
2024-ci ilin dekabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8 milyard 486 milyon manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 7 milyard 360 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1 milyard 121 milyon manatı POS-terminallar, 3.7 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilmişdir.
İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 64.2%-ni təşkil etmişdir.
Banklar və “Azərpoçt” MMC sistemləri üzrə 2024-cü ilin dekabr ayında dövriyyədə olan ödəniş kartlarının sayı noyabr ayına nəzərən 436 min ədəd artaraq 19 milyon 899 min ədədə çatıb. 2023-cü ilin sonu ilə müqayisədə bu göstərici 17.6% artmışdır.
Ödəniş kartlarında artım debet kartları üzrə 19.9%, kredit kartları üzrə 1.8% təşkil etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
16 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir










.jpg)







