Dünyanın ən dəyərli avtomobil istehsalçıları açıqlanıb - SİYAHI
Dünyanın ən dəyərli 50 avtomobil istehsalçısı siyahısına görə, Tesla 1,37 trilyon dollarlıq bazar dəyəri ilə birinci yerdədir.Dünyanın ən dəyərli avtomobil istehsalçıları açıqlanıb.
Marja.az companiesmarketcap.com-un məlumatına istinadən xəbər verir ki, dünyanın ən dəyərli 50 avtomobil istehsalçısı siyahısında bazar dəyəri 1 milyard dolları aşan şirkətlər yer alıb.
Saytdakı məlumatlara görə, ABŞ-ın elektrikli avtomobil istehsalçısı Tesla 1,37 trilyon dollarlıq bazar dəyəri ilə siyahıda birinci yerdədir. İlon Maska məxsus Tesla, elektrikli avtomobillərin dizaynı, istehsalı və satışı ilə məşğul olan bir avtomobil şirkəti kimi seçilir.
Siyahıda ikinci yerdə 240 milyard dollarla Toyota, üçüncü yerdə 111,9 milyard dollarla Xiaomi, dördüncü yerdə isə 110,1 milyard dollarla BYD qərarlaşıb. Ferrari 78,2 milyard dollarla 5-ci, Porsche 58,4 milyard dollarla 6-cı, Mercedes-Benz isə 57,7 milyard dollarla 7-ci yerdədir.
Siyahıda 56 milyard dollarla General Motors 8-ci, BMW 52,4 milyard dollarla 9-cu, Volkswagen isə 50,7 milyard dollarla 10-cu yerdədir.
Xioami siyahıda 3-cü yerdə olsa da, şirkətin gəlirlərinin böyük hissəsi digər texnologiya məhsullarından əldə edilir. 2021-ci ildə elektrikli avtomobil istehsalına başlayacağını açıqlayan şirkət, keçən il "SU7" adlı elektrikli idman avtomobil modelini təqdim edib.
Ən dəyərli 50 avtomobil istehsalçısından 17-si çinlidir
Dünya avtomobil sənayesi elektromobil istehsalının artması ilə böyük bir transformasiya yaşayır. Qlobal bazarın görkəmli oyunçularının siyahısına təkcə klassik istehsalçılar deyil, həm də elektromobil istehsalına böyük sərmayələr qoyan yeni nəsil şirkətlər daxildir.
Elektrikli avtomobil texnologiyalarında baş verən bu dəyişiklik sektorda rəqabət balansını kökündən dəyişir. Ənənəvi avtomobil nəhəngləri innovativ modellər və sürücüsüz texnologiyalarla bazar paylarını qorumağa çalışsalar da, Çin şirkətlərinin yüksəlişi diqqət çəkir.
Ən yüksək bazar dəyərinə malik ilk 50 avtomobil istehsalçısından 17-si Çin, 8-i Yaponiya, 6-sı Amerika, 4-ü Almaniya və 3-ü Hindistan şirkətidir.
Siyahıya Cənubi Koreya, İsveç, Türkiyə və Tayvandan iki, Fransa, İtaliya, Hollandiya və Vyetnamdan isə bir şirkət daxildir.
Dünyanın ən dəyərli avtomobil istehsalçıları
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb





.jpg)
.jpg)







.jpg)





