Mərkəzi Bankın valyuta ehtiyatları dekabrda da azalıb
2024-cü il ərzində isə Mərkəzi Bankın rəsmi valyuta etiyatları 653,5 milyon dollar "əriyib".Azərbaycan Mərkəzi Bankı rəsmi valyuta ehtiyatlarını açıqlayıb.
Marja.az Mərkəzi Banka istinadən xəbər verir ki, 29.12.2024 tarixinə rəsmi valyuta ehtiyatları 10 milyard 959.5 milyon ABŞ dolları təşkil edib.
29.11.2024-ci tarixinə rəsmi valyuta ehtiyatları 10 milyard 967.8 milyon ABŞ dolları təşkil etmişdi. Beləliklə, dekabrda Mərkəzi Bankın rəsmi valyuta etiyatları 8,3 milyon dollar azalıb.
Noyabrda Mərkəzi Bankın rəsmi valyuta etiyatları 403,9 milyon dollar azalmışdı.
2024-cü il ərzində isə Mərkəzi Bankın rəsmi valyuta etiyatları 653,5 milyon dollar "əriyib". Mərkəzi Bank bildirib ki, xarici valyutada dövlət xərclərinin (dövlət layihələri və tədbirləri, müdafiə, xarici valyutada öhdəliklərin azaldılması və digər strateji əhəmiyyətli) icrasına dəstək məqsədilə xüsusi satışlar valyuta ehtiyatlarının azalmasına səbəb olub.
Rəsmi valyuta ehtiyatları (mln. USD)
29.12.2024 10959.5
29.11.2024 10967.8
31.10.2024 11371.7
30.09.2024 11795.8
30.08.2024 11783.5
31.07.2024 11765.7
28.06.2024 11737.6
31.05.2024 11713.7
30.04.2024 11660.8
29.03.2024 11654.4
29.02.2024 11650.3
31.01.2024 11637.0
30.12.2023 11613.0
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























