Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Ötən gün ABŞ-da işsizlik müavinəti üçün müraciət edənlərin sayı ilə bağlı göstəricilərin dərc olunması fonunda dollar avro qarşısında bir qədər ucuzlaşdı. EURUSD cütlüyü dünən gün ərzində 1.0430 həddinə qədər bahalaşsa da, bugün səhər saatlarında 1.0408 həddinə kimi ucuzlaşıb. EURGBP cütlüyü isə 0.8324 səviyyəsindən 0.8310 səviyyəsinə kimi eniş sərgiləyib.
“Bitcoin”-ın və “Ethereum”-un qiymətləri müvafiq olaraq 96100$ və 3370$ hədlərində qərarlaşıb. ABŞ-da neft ehtiyatlarının azalması ilə bağlı xəbər fonunda “Brent” markalı neftin dəyəri 73.35$-a qədər bahalaşıb. “Apple” şirkətinin səhmlərinin dəyəri isə 260$-a qədər yüksələrək tarixi maksimum həddini yeniləyib.
Cümə axşamı günü verilən məlumatlara əsasən, ABŞ-da İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı əvvəlki həftə ilə müqayisədə ötən həftə 220 mindən 219 minə qədər azalıb. Analitiklər göstəricinin 223 min səviyyəsinə qədər artacağını ehtimal edirdilər. Bugün isə Yaponiyada dərc olunan məlumatlara görə, ölkənin Sənaye Sektorunda İstehsal Həcmi 2.3% azalıb.
Həmçinin, dünən Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı iki ildən sonra ilk dəfə uçot dərəcəsini azaldıb. Tənzimləyici qurumun qərarına əsasən, faiz dərəcəsi 50%-dən 47.5%-ə qədər endirildi.
Bugün ABŞ-da Eergetika Nazirliyi tərəfindən açıqlanacaq kommersiya məqsədli neft ehtiyatlarının həcmi və Ticarət Saldosu göstəriciləri investorlar tərəfindən diqqətlə izləniləcək. Qeyd etmək lazımdır ki, Milad vəYeni İl bayramları ilə əlaqədar olaraq birjalarda volatillik aşağıdır.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
9 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























