"Bir Kart" BOKT-ın 2026-ci ildən mənfəət əldə etməyə başlayacağı gözlənilir
"Kapital Bank" ASC, 100% törəmə şirkəti olan "Bir Kart" Bank Olmayan Kredit Təşkilatının 2026-ci ildə xalis mənfəət ilə fəaliyyət göstərəməyə başlayacağını gözləyir.
Marja.az xəbər verir ki, bunu "Kapital Bank" ASC-də İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Emin Məmmədov 2024-cü ilin 11 ayının nəticələri və 2025-ci ilin planlarına dair mətbuat konfransında bildirib.
O qeyd edib ki, "Kapital Bank" ASC "Bir Kart" vasitəsilə "PASHA Pay" (m10 brendi) və "Compento" (Umico brendi) şirkətlərində payçıdır. Kapital Bank tərəfindən "Bir Kart" BOKT-un nizamnamə kapitalına sərmayələri əsasən bu layihələrin inkişaf etdirilməsinə yöndəldilib. Eyni zamanda, bu investisiyaların bir hissəsi Qırmızı Ürəklər Fondunun (“Red Hearts”) həyata keçirdiyi layihələrə xərclənir.
"Bu yatırımlar uzunmüddətli investisiyalardır. Biz 2026-cı ildən başlayaraq "Birkart" BOKT MMC-nin xalis mənfəət əldə etməyə başlayacağını gözləyirik. Qeyd edim ki, "Birkart" BOKT MMC-nin ötən illərdəki xalis zəriri gözlənilməz deyil, öncədən nəzərdə tutulan zərərdir",- Emin Məmmədov deyib.
Qeyd edək ki,"Birkart" BOKT MMC 2023-cü ili 117 min 278 manat xalis zərər ilə başa vurub. "Bir Kart" BOKT-ın əsas əməliyyat gəlirləri 2022-ci ildə 20 min 66 manat ikən, 2023-cü ildə 2 min 3 manata düşüb (10 dəfədən çox azalıb). Eyni zamanda, "Kapital Bank" ASC bu kredit təşkilatına investisiya yatırmaqda davam edir.. Bu yaxınlarda “Birkart Bank Olmayan Kredit Təşkilatı” MMC-nin nizamnamə kapitalı 85 milyon manata qaldırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























