Dollar/Türkiyə Lirəsi məzənnəsində yeni rekord
Türk Lirəsi ucuzlaşmaqda davam edir.Türkiyə və qlobal valyuta bazarında ABŞ dolları/ Türk Lirəsi (TL) məzənnəsi yüksəlir. Məzənnə 34,9650-ni görərək ən yüksək səviyyəsini yeniləyib. Avro/TL 36,78-ə yüksəlib.
Bazarlar ölkə daxilində minimum əmək haqqı danışıqlarını izləyərkən, həmçinin gözlər bu həftə ilin son faiz qərarını verəcək ABŞ Federal Ehtiyat Sisteminə (Fed) çevrilib.
Fed-in faizini 0,25 bənd də azaldaraq 4,50 faizdən 4,25 faizə endirəcəyi gözlənilir. Fyuçerslərə görə, gələn il üçün yalnız iki faiz endirimi gözlənilir və faiz dərəcələrinin 3,80 faizə düşəcəyi nəzərdə tutulur.
Dollar, FED-in faiz dərəcələrini aşağı salacağı, lakin 2025-ci il üçün yumşalma tempinin zəif olacağına dair gözləntilər əsasında digər əsas valyutalara qarşı üç həftənin ən yüksək səviyyəsinə yaxınlaşıb. Dolları 6 əsas valyutaya nisbətdə ölçən dollar indeksi noyabrın 26-dan bəri ilk dəfə 107,18 səviyyəsini test edib.
Financial Times-ın sorğusuna qatılan iqtisadçıların fikrincə, ABŞ Federal Ehtiyat Sistemi Tramp administrasiyasının siyasətlərinin inflyasiyanı artıracağına dair narahatlıqlar səbəbindən faiz endirimlərinə daha ehtiyatlı yanaşacaq. İndi iqtisadçıların böyük əksəriyyət faiz dərəcəsinin 2025-ci ilin sonuna qədər 3,5 faiz və ya ondan yuxarı qalacağını düşünürlər. Sentyabr ayında sorğuda iştirak edən respondentlərin əksəriyyəti faiz dərəcəsinin 3,5 faizdən aşağı düşəcəyini nəzərdə tuturdular.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
9 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























