Vətəndaşlar elektron müraciət əsasında torpaqların təyinatını dəyişdirə biləcəklər
18.12.2024, 11:44 - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti kənd təsərrüfatı təyinatlı torpaqlarda yaşayış təyinatlı tikililərin inşasına icazə veriləcəyi barədə xəbərin bir sıra vətəndaşlar tərəfindən düzgün anlaşılmadığını nəzərə alaraq məsələyə aydınlıq gətirilib.
Əmlak Məsələləri Dövlət Xidmətindən Marja.az-a verilən məlumatda bildirilri ki, gələn ildən Azərbaycanda kənd təsərrüfatı təyinatlı torpaqlarda yalnız kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün nəzərdə tutulmuş, habelə işçilərin müvəqqəti yaşaması məqsədləri üçün yaşayış təyinatlı əsaslı tikililər inşa edilə və quraşdırıla bilər. Bu tikililər sahəsi 5 hektardan az olmayan və vahid sərhəd daxilində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 1 faizinədək hissəsində tikilə bilər. Bu halda yay və qış otlaqları, ümumi istifadədə örüş sahələri istisna təşkil edir. Kənd təsərrüfatı təyinatlı torpaqlarda müvəqqəti tikililərin inşası və quraşdırılması işləri isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsini və yerli icra hakimiyyəti orqanlarını məlumatlandırılmaqla aparılacaq.
XXX
2024-12-16 13:18 - Gələn ildən Azərbaycanda kənd təsərrüfatı təyinatlı torpaqlarda yalnız kənd təsərrüfatı məqsədli və müvəqqəti yaşayış təyinatlı tikililərin inşasına icazə veriləcək.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazov Torpaq Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərlə bağlı bu gün keçirilən brifinqdə deyib.
“Eyni zamanda, torpaq sahələrinin kateqoriyalarının dəyişdirilməsi ilə bağlı müraciətlər elektron qaydada “vahid pəncərə” prinsipi əsasında həyata keçiriləcək. Torpaq təyinatlarının dəyişdirilməsi ilə bağlı prosedurlar daha şəffaf və sadə olacaq”, - R. Şahbazov bildirib.
Onun sözlərinə görə, Torpaq Məcəlləsinə edilən dəyişikliklər aqrar sektorda sahibkarlıq mühitinin daha da yaxşılaşmasına imkan yaradacaq: “Bu, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün daha geniş imkanlar açır. Qanunun tətbiqi 2025-ci il yanvarın 1-dən başlanacaq”.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
4 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur




















.jpg)


