Hacıqabul Quşçuluq Şirkətində Ulu Öndərin əziz xatirəsi anılıb
Hacıqabul Quşçuluq Şirkətində Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib. İştirakçılar əvvəlcə fabrik ərazisində yerləşən Ulu Öndərin büstü önünə gül-çiçək dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Keçirilən anım tədbirində məlumat verilib ki, bu günlərdə xalqımız böyük azərbaycanlı dahi, görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbirlər keçirir, bu böyük şəxsiyyətin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir.
Qeyd olunub ki, 2003-cü il dekabrın 12-də müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyev əbədiyyətə qovuşdu. Xalqımızın yaddaşına əbədi həkk olunmuş dahi şəxsiyyət, hələ sağlığında ikən canlı əfsanəyə çevrilmiş Heydər Əliyev sadəliyi, səmimiyyəti, vətənpərvərliyi və yüksək insani keyfiyyətləri ilə hər bir azərbaycanlının qəlbində unudulmaz izlər buraxıb. Ulu Öndərin həyatı və fəaliyyəti doğma xalqına və torpağa məhəbbət, sədaqət meyarı olub.
Tədbirdə çıxış edən natiqlər bildiriblər ki, əsası ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dayanıqlı inkişaf siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirirlir. Ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı möhtəşəm uğurlar ulu öndər Heydər Əliyevin müəllifi olduğu dinamik inkişaf strateqiyasının bəhrəsidir.
Tədbirdə iştirakçıları Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb, ruhuna dualar ediblər.
Qeyd edək ki, anım günü ilə əlaqədar Hacıqabul Quşçuluq Şirkəti tərəfindən ehtiyaclı ailələrə sovqat paylanılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
11 saat əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 11 saat əvvəl
-
12 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
12 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ







.jpg)











.jpg)




