2024-cü ilin 11 ayında ölkədə qaz hasilatı və ixracı artıb
Energetika Nazirliyinin yaydığı məlumata görə, 2024-cü ilin yanvar-noyabr ayları üzrə operativ məlumatlara əsasən, respublikada 26,5 milyon ton neft (kondensat ilə birlikdə) hasil edilib. Hasilatın 15,4 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 3,8 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,52 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensat ilə birlikdə) hasilatı 6,8 milyon ton təşkil edib.
11 ay ərzində 22,2 milyon ton neft (kondensat ilə birlikdə) ixraca nəql olunub. Bunun 19,2 milyon tonu konsorsiumların, 3 milyon tonu isə SOCAR-ın payına düşüb.
Neftin emalı 2024-cü ilin yanvar - noyabr aylarında 5,5 milyon ton təşkil edib.
Qeyd edək ki, cari ilin noyabr ayında respublika üzrə orta gündəlik neft hasilatı 80 771 ton təşkil edib. Bunun 65 885 tonu (486 min barel) xam neftin, 14 886 tonu orta gündəlik kondensat hasilatının payına düşüb.
2024-cü ilin yanvar-noyabr aylarında 45,8 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 12,1 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”, 25,3 milyard kubmetri “Şahdəniz”, 1,4 milyard kubmetri “Abşeron” yatağı, 7 milyard kubmetri isə SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 1,8 milyard kubmetr artımla qaz hasil edilib.
Hesabat dövründə xaricə qaz satışı 22,9 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz çoxdur. Avropaya 11,7 milyard kubmetr, Türkiyəyə 9 milyard kubmetr, Gürcüstana isə 2,2 milyard kubmetr qaz satılıb. Türkiyəyə TANAP-la bu müddətdə 5,1 milyard kubmetr qaz nəql olunub.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 dekabr 2024-cü il tarixinədək 648,4 milyon ton neft (qaz kondensatı ilə birlikdə), 462,8 milyard kubmetr qaz hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 600,1 milyon ton neft, 228,5 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 48,3 milyon tona yaxın kondensat, 234,3 milyard kubmetr qaz çıxarılıb. Bu yataqlardan 01 dekabr tarixinədək 646,4 milyon ton neft, 167,6 milyard kubmetr qaz ixraca nəql edilib.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 5 saat əvvəl
-
-
6 saat əvvəl
“AQA”nın kredit təşkilatı 3 milyon 124 min manat xalis mənfəət açıqlayıb
-
8 saat əvvəl
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
-
10 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
- 11 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
Ən çox oxunanlar
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır






.jpg)






.jpg)


.jpg)









