Norveç şirkəti Azərbaycandakı aktivlərinin satışından 745 milyon dollar əldə edəcək
Norveçin “Equinor” şirkəti Azərbaycandakı aktivlərinin satışından 745 milyon ABŞ dolları əldə edəcək.
Bu barədə şirkətin məlumatında bildirilir.
“Equinor” vurğulayıb ki, şirkətin 30 ildən çox əməkdaşlıq etdiyi Azərbaycan və Nigeriyadan çıxmasına səbəb olan sövdələşmələr müvafiq olaraq 29 noyabr və 6 dekabrda bağlanıb.
"Şirkət Azərbaycan və Nigeriyada hasilat aktivlərindən çıxmaq üçün ümumi dəyəri 2 milyard ABŞ dollarına qədər olan sövdələşmələri başa çatdırıb. Bu məbləğdən 745 milyon ABŞ dollarına şirkətin Azərbaycan portfelinin satışından əldə edəcəyi vəsaitdir. Nigeriya üzrə sövdələşmə 710 milyon ABŞ dollarına alış və şərti ödənişlər daxil olmaqla 1,2 milyard ABŞ dollarına qədər qiymətləndirilib", - məlumatda qeyd olunub.
Bu ilin yanvar-sentyabr aylarında şirkətin Azərbaycan və Nigeriyada gündəlik hasilatının ümumi həcmi müvafiq olaraq 24 600 və 18 700 barel neft təşkil edib. Sövdələşmələrin bağlanması bu ilin dördüncü rübündə şirkətin pul axınına müsbət təsir göstərəcək.
“Equinor” 2023-cü ildə Azərbaycan və Nigeriyada aktivlərinin satışı və əməliyyatlardan çıxması barədə elan edib. Şirkətdən vurğulanıb ki, bu sövdələşmələr onun neft-qaz portfelinin optimallaşdırılması strategiyasına uyğundur və daha fokuslanmış, etibarlı beynəlxalq portfel yaradacaq.
"Bu sövdələşmələr beynəlxalq portfelimizə diqqət yetirməyimizə kömək edir. Son alışlar və rəqabətqabiliyyətli layihələrə investisiyalarla birlikdə biz uzunmüddətli perspektivdə davamlı istehsal və mənfəəti təmin etməyi hədəfləyirik", - “Equinor”un beynəlxalq kəşfiyyat və hasilat üzrə icraçı vitse-prezidenti Filip Matye bildirib.
"Azərbaycan və Nigeriya onilliklər boyu beynəlxalq portfelimizin mühüm ölkələri olub. Tərəfdaşlar və təchizatçılarla birlikdə biz “Equinor” və bütövlükdə cəmiyyət üçün əhəmiyyətli dəyər yaratmışıq", - o əlavə edib.
Xatırladaq ki, 2023-cü il dekabrın 22-də “Equinor” Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Azərbaycandakı aktivlərinin Dövlət Neft Şirkətinə satışına dair müqavilə bağlayıb. O cümlədən “Equinor” SOCAR-a AÇG blokunun və BTC neft kəmərinin işlənməsi layihələrində iştirak paylarını və “Qarabağ” yatağının işlənməsi layihəsindəki 50 % payını satıb. “Qarabağ” layihəsində iştirak payının satışı üzrə sövdələşmə bu ilin aprelində başa çatdırılıb.
2024-cü ilin iyulunda Norveç şirkəti SOCAR və “ONGC Videsh Limited” ilə "Azəri-Çıraq-Günəşli" və Bakı-Tbilisi-Ceyhandakı paylarının satışına dair artıq dəyişdirilmiş və yekun müqavilə imzalayıb.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 2 saat sonra
-
- 23 d. əvvəl
- 27 d. əvvəl
- 32 d. əvvəl
-
43 d. əvvəl
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
-
1 saat əvvəl
Birbank-ın taksit kartını əldə edin, ilk taksit ödənişinizə 50 bonus qazanın
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Göygöl Şərab Zavodu” zərərdən mənfəətə keçib: aktivləri 77 milyon manatı aşıb
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
İyulun 1-də gözlənilən hava şəraiti
Mənfəət artıb, balansı kiçilib: Şirkətin 2025 hesabatı
AZAL Misirin Al-Alameyn kurort şəhərinə uçuşlara başlayıb
Ən çox oxunanlar
“Mazda Azərbaycan”dan 12,8 milyon manatlıq satış
"Group Motors"dan 107 milyon manatlıq satış
“İsmayıloğlu” şirkətnin xalis mənfəəti 19% artıb






























