Beynəlxalq maliyyə qurumu Azərbaycan bankına 3 illik müddətə 7,5 milyon kredit ayıracaq
Bank Respublika və EBRD COP29 çərçivəsində yaşıl kredit sazişi imzalayıb. Beynəlxalq maliyyə qurumu Bank Respublika üçün 3 illik müddətə 7,5 milyon ABŞ dolları məbləğində sintetik kredit ayıracaq. Bank "yaşıl" kredit götürən sahibkarlara keşbek verəcək!Azərbaycanın ən böyük kommersiya banklarından biri olan Bank Respublika və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycanda yaşıl layihələrin maliyyələşdirilməsi üçün kredit sazişi imzalayıblar.
Kredit, Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində Kiçik və Orta Biznesin (KOB) Şərqi Tərəfdaşlıq ölkələrində rəqabət qabiliyyətinin və inkluzivliyinin artırılması proqramı çərçivəsində təqdim olunub.
Sazişə əsasən, beynəlxalq maliyyə qurumu Bank Respublika üçün 3 illik müddətə 7,5 milyon ABŞ dolları məbləğində Azərbaycan manatında (AZN) sintetik kredit ayıracaq. Kredit vəsaitləri ekoloji təmiz texnologiyalar və istehsal üsullarını tətbiq edən kiçik və orta müəssisələrin dəstəklənməsi üçün istifadə ediləcək.
Qeyd edək ki, saziş çərçivəsində, Bank tərəfindən ayrılan kredit vəsaitlərini enerji səmərəliliyinin artırılmasına sərf edən və yaşıl texnologiyalardan istifadə edən sahibkarlara 10%-15% həcmində keşbek təqdim edəcək.
“Mikro, kiçik və orta sahibkarlıq iş yerləri yaratmaq və iqtisadi artımı təmin etmək potensialına malikdir və buna görə də bu kredit mühüm bir nailiyyətdir. Avropa İttifaqı biznesin dəstəklənməsinə böyük diqqət yetirir – bu, Azərbaycan üçün nəzərdə tutulmuş Avropa İttifaqının İqtisadi və İnvestisiya Planının əsas hissəsidir” deyə Avropa İttifaqının Azərbaycan Respublikasındakı səfiri Peter Michalko qeyd edib.
“Bakıda COP29-da olmaqdan və Avropa İttifaqı və etibarlı tərəfdaşımız Bank Respublika ilə birlikdə kiçik və orta sahibkarlığı dəstəkləməkdən məmnunam. Birlikdə Azərbaycan üçün dayanıqlı və inklüziv iqtisadiyyatın əsaslarını gücləndiririk” deyə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Maliyyə Təşkilatları üzrə İdarəedici Direktoru Francis Malige qeyd edib.
"Bank Respublika son iki ildə EBRD tərəfindən Azərbaycanda ticarətin maliyyələşdirilməsi sahəsində ən yaxşı tərəfdaş seçilmişdir və biz bu sazişi bağlamaqla yaşıl texnologiyalar sahəsində də əməkdaşlıq etməyə başlamaqdan olduqca məmnunuq. Bu sazişin ölkəmizdə uğurla keçirilən qlobal tədbir olan COP29 çərçivəsində bağlanması isə, bizim üçün xüsusilə xoşdur. Cəlb edilən əvvəlki vəsaitlər kimi, bu kreditlər də Azərbaycanda sahibkarlığın dəstəklənməsinə, onların ekoloji təmiz texnologiyalar istifadə etməklə bizneslərini inkişaf etdirilməsinə yönəldiləcək. Biz aparıcı dünya maliyyə təşkilatı və eyni zamanda yaşıl iqtisadiyyatın maliyyələşdiirlməsi sahəsində qlobal liderlərdən biri olan EBRD ilə olan tərəfdaşlığımızı çox yüksək qiymətləndiririk və göstərdiyi dəstəyə görə təşəkkür edirik." – deyə «Bank Respublika»nın İdarə Heyətinin sədri Tariyel İsmayılov bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 22 saat sonra
-
- 27 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“CFİ Financial İnvestisiya Şirkəti” daha aktiv fəaliyyətə hazırlaşır
-
1 saat əvvəl
PAŞA Bank 31-ci “Baku Energy Week” tədbirinin əsas bank tərəfdaşı qismində çıxış edir
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Broyler şirkətinin xalis zərəri təxminən 2 dəfə artıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
“CFİ Financial İnvestisiya Şirkəti” daha aktiv fəaliyyətə hazırlaşır
Qızıl ABŞ-ın İrana hücumlarından sonra ucuzlaşıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 18 GÜN
Neft ABŞ-ın yeni hərbi hücumları ilə bahalaşıb
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Sumqayıt Sənaye Parkında yeni şirkət - 16,3 milyon manat olan layihə həyata keçiriləcək
Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair yeni Dövlət Proqramı təsdiq edilib
5 ildə kənd təsərrüfatı sektoruna yeni Dövlət Proqramı çərçivəsində 5,9 milyard manat investisiya qoyulması gözlənilir
Nazir: İdxal etdiyimiz məhsulların 25 faizini Azərbaycanda tam əvəzləmək potensialı var
Nazir: İlk dəfə olaraq balıqçılıq sahəsinə subsidiyalar və dövlət güzəştləri veriləcək







.jpg)






.jpg)


