Bakıda ilk dəfə “Memarlıq və İnsan” şuarı ilə tədbir keçiriləcək
Bakıda “BAKUARCHIFEST 24: Architecture & Human” memarlıq festivalı keçiriləcəkBakıda ilk dəfə keçiriləcək “Baku Archifest 24: Architecture & Human” tədbiri, 4-6 dekabr tarixlərində “Memarlıq və İnsan” şuarı ilə memarlıq sahəsində yeniliklərə marağı olan hər kəsi bir araya gətirəcək.
Üç gün davam edəcək bu unikal tədbir, memarlıq sahəsində peşəkarlar və tələbələr, o cümlədən Azərbaycan tikinti sektorunda aparıcı rol oynayan tərəflər üçün mükəmməl bir platforma olmaqla yanaşı, aktual memarlıq problemlərinə yenilikçi həllərin öyrənilməsi və müzakirəsinə geniş imkan yaradacaq.
“Baku Archifest 24: Architecture & Human” tədbirinin təşkilatçıları Azərbaycanın qabaqcıl layihəçi şirkətlərindən olan “Design Bureau” və Türkiyənin məşhur “Aslı Architecture” memarlıq şirkətidir.
Festivalın məqsədi, iştirakçıları memarlıq sahəsindəki ən son nailiyyətlərlə tanış etmək, həmçinin tanınmış mütəxəssislərin rəhbərliyi ilə maraqlı müzakirə və ustad dərslərinə qoşulmaq imkanı verməkdir. Burada iştirakçılar üçün yeni əlaqələr qurmaq və gələcəyin memarlıq anlayışlarını formalaşdırmaq istiqamətində əhəmiyyətli bir mühit yaradılacaq.
Festivalın proqramı
Tədbirin proqramında panel müzakirələr, tələbə və gənc memarların təqdimatları, müxtəlif ustad dərsləri və dizayn studiyalarına, şourumlara ekskursiyalar nəzərdə tutulur. İlk gün rəsmi açılış, sonrakı günlərdə təhsil və inkişaf yönümlü sessiyalar keçiriləcəkdir.
Festivalda hər kəs ödənişsiz iştirak edə bilər. Bunun üçün saytda (https://www.bakuarchifest.com/) yerləşdirilmiş Bilet (Ticket) bölməsinə daxil olaraq biletləri əldə edə bilərsiniz.
Festival haqqında ən son yenilikləri sayt və sosial media səhifəsindən izləyə bilərsiniz.
https://www.bakuarchifest.com/
Facebook, Instagram, Linkedin: @BakuArchifest
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























