Əmanətlərin Sığortalanması Fondunda Zəfər Günü münasibətilə tədbir keçirilib
Əmanətlərin Sığortalanması Fondunda 8 noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə Fondun rəhbər heyəti, kollektivi və Vətən müharibəsi iştirakçısı olan əməkdaşlar iştirak etmişdir. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru Tural Piriyev tədbir iştirakçılarını Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış “8 noyabr – Zəfər Günü” münasibəti ilə təbrik etmişdir. Tədbir zamanı cənab Piriyev çıxış edərək bildirmişdir ki, “Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan və 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək böyük Zəfərə imza atmışdır. Azərbaycan hərb tarixinə yenilik kimi düşən strategiya tətbiq edərək ən müasir silahlardan istifadə etməklə qısa müddət ərzində düşmənin bütün hərbi texnikasını məhv etmiş, canlı qüvvəsinə ciddi zərbələr vurmuşdur. Həmçinin, Vətən müharibəsi zamanı Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşərək nəinki torpaqlarımızın işğaldan azad olunmasına, eyni zamanda beynəlxalq səviyyədə haqq və ədalətin bərpasına nail olmuşdur.”
Tədbirin sonunda Vətən müharibəsi zamanı könüllü olaraq ordu sıralarına qoşulan əməkdaşlara Fond tərəfindən hədiyyələr təqdim olunmuşdur.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
- 4 d. əvvəl
-
56 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Ən çox oxunanlar
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı























