Azərbaycanda qiymətləndiricilərin ixtisas imtahanı keçirilib - 106 NƏFƏR İMTAHANI KEÇİB
İxtisas imtahanına 7 qiymətləndirmə istiqaməti üzrə 142 nəfər namizəd qatılıb, onlardan 106 namizəd imtahanı müvəfəqiyyətlə başa vurub.27 oktyabr 2024-cü il tarixində Azərbaycanda qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanı keçirilib.
Bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının prezidenti Vüqar Oruc məlumat verib.
O, bildirib ki, ixtisas imtahanına 7 qiymətləndirmə istiqaməti üzrə 142 nəfər namizəd qatılıb, onlardan 106 namizəd imtahanı müvəfəqiyyətlə başa vurub. Qanunvericiliyə əsasən, imtahandan uğurla keçən namizədlərə 5 iş günü müddətində qiymətləndirmə fəaliyyətinin müvafiq istiqaməti üzrə ixtisas şəhadətnaməsi veriləcək. Eyni zamanda, həmin şəxslərdən ibarət Azərbaycan Qiymətləndiricilər Palatası formalaşdırılacaq.
“Çox xoşbəxtəm ki, bu proseslərin təşkili mən və fədakar komandamız tərəfindən həyata keçirildi. İmtahanlara hazırlıq, rəsmi kursların keçirilməsi, sual bankının yaradılması, ekspertlərin prosesə cəlb olunması kimi istiqamətlərdə fasiləsiz fəaliyyətimiz qiymətləndirmə sektorunun ciddi şəkildə yenidən formalaşmasına gətirib çıxardı. Amma bu, son deyil, hələ başlanğıcdır. Qarşımızda çox böyük hədəflər var. Bu hədəflərin gerçəkləşəcəyinə inamım böyükdür. Mən və komandamızın əzmi və fədakarlığı bu inamın əsasını təşkil edir”, - deyə V.Oruc əlavə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
3 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
1 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir



















.jpg)
