Təhsilin İnkişafı Forumunun spikerləri bəlli oldu!
“Tərəfdaşlıqdan Tərəqqiyə” şüarı ilə 8 oktyabr 2024-cü il tarixində Gülüstan Sarayıda 300 nəfər dövlət və özəl sektor nümayəndələrinin iştirakı ilə baş tutacaq Təhsilin İnkişafı Formunun spikerləri məlum olub.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Təhsilin İnkişafı Fondunun təşkilatçılığı, “Kapital Bank”, STP Şirkətlər Qrupu, “Bestcomp Group” və “Veysəloğlu” Şirkətlər Qrupunun baş sponsorluğu, SOCAR, bp və “Lenovo”nun sponsorluğu ilə baş tutacaq Forumun əsas məqsədi dövlət-universitet-sənaye tərəfdaşlığının dayanıqlı və davamlı inkişafı ilə yanaşı birgə dialoq üçün uyğun platformanın təmin edilməsi və prosesin hərtərəfli dəstəklənməsidir.
3 moderator və 21 spiker "Tərəfdaşlıqdan Tərəqqiyə" şüarı ilə "Biliyi dəyərə çevirən sinerji", "Tədqiqatdan inkişafa gedən yol", "Gələcəyi gənclərə necə hazırlamalı" panellər üzrə müxtəlif mövzular haqqında müzakirələr aparacaqlar.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibovun moderator olduğu “Biliyi dəyərə çevirən sinerji” panelində Elm və təhsil naziri Emin Əmrullayev, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, SOCAR-ın prezidenti Rövşən Nəcəf spiker qismində, TÜBİTAK-ın prezidenti Orhan Aydın isə məzurəçi qismində öz təcrübələrini bölüşəcəklər.
Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərovun moderator olduğu "Tədqiqatdan inkişafa gedən yol" panelində Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva, Kapital Bankın İdarə Heyətinin üzvü Fərid Hidayətzadə spiker qismində və TÜBİTAK TEMEG İdarə Heyətinin üzvü, "CATALYSADE" şirkətinin təsisçisi məruzəçi kimi vacib mövzulara toxunacaq.
STP Şirkətlər Qrupunun Baş İnsan Resursları İnzibatçısı Şölə Əliyevanın moderator olduğu "Gələcəyi gənclərə necə hazırlamalı" paneli Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev, Milli Məclisin deputatı, ADA universitetinin prorektoru Fariz İsmayılzadə, Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının baş direktoru Nihat Məcidov, NEQSOL Holding Azərbaycan ofisinin rəhbəri İmran Əhmədzadənin çıxışları ilə baş tutacaq.
Təhsilin İnkişafı Forumu haqqında məlumat əldə etmək və tədbir ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün forumun rəsmi internet səhifəsinə (www.tif.az) keçid edə və sosial media hesablarını izləyə bilərsiniz.
Facebook: https://www.facebook.com/tifbaku
İnstaqram: https://www.instagram.com/tifbaku
Linkedln: https://www.linkedin.com/company/tehsilininkisafiforumu
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 3 gün sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Sabahdan WUF13 zolaqlarına daxil olan avtomobillər cərimələnəcək
-
8 saat əvvəl
Mərkəzi Bank kredit təşkilatının lisenziyasını ləğv etdi - Bankın BOKT-a çevrilməsi baş tutumadı
-
8 saat əvvəl
Bütün lisenziyalı investisiya şirkətləri artıq AKBA-da təmsil olunur
-
8 saat əvvəl
Tikinti şirkəti daşınmaz əmlak agentliyilə müqavilə imzalayıb
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azercell fərdi və korporativ müştəriləri üçün rəqəmsal imkanları genişləndirir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 30 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Çin Boeing-dən 200 təyyarə sifariş edəcək
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
Mərkəzi Bank kredit təşkilatının lisenziyasını ləğv etdi - Bankın BOKT-a çevrilməsi baş tutumadı
Bütün lisenziyalı investisiya şirkətləri artıq AKBA-da təmsil olunur
Ən çox oxunanlar
Tikinti şirkəti daşınmaz əmlak agentliyilə müqavilə imzalayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Unibank”da yığıncaq keçiriləcək, 3 məsələ müzakirə ediləcək
Lizinq şirkəti bank olmayan kredit təşkilatı yaradır
Yeni Dövlət Agentliyi yaradıldı- FƏRMAN






.jpg)
.jpg)






.jpg)









