"Bakı−Naxçıvan−Qars dəmir yolu xəttinin yaradılması üzrə işlər görülür"
Orta Dəhlizin daha bir qolu olaraq İran ərazisindən keçməklə Bakı−Naxçıvan−Qars dəmir yolu xəttinin yaradılması üzrə işlər görülür, paralel olaraq, Orta Dəhlizlə Şimal-Cənub dəhlizinin əlaqələndirilməsi nəticəsində Azərbaycanın özü və tərəfdaşları üçün tranzit imkanlarını genişləndirəcəyi gözlənilir.
Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov Bakıda keçirilən “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının qurulmasına dair dəmiryol administrasiyaları rəhbərlərinin məşvərət toplantısında bildirib.
"Xəzərin Şərq tərəfinə gəldikdə isə Çinin Qaşqar əyalətindən avtomobil yolu vasitəsilə Qırğızıstandan keçməklə Özbəkistanın Əndican şəhərində dəmir yoluna qoşulmaqla yüklər daşınır ki, bu yaxınlarda Çin, Qırğızıstan və Özbəkistan arasında bu hissədə dəmir yolu xəttinin tikilməsilə bağlı razılıq əldə edilib və işlərin yaxın illərdə yekunlaşacağı planlaşdırılır. Bu yeni dəmir yolu xətti regionda yerləşən digər ölkələr, Tacikistan, Türkmənistan, Əfqanıstan və Pakistan üçün də yeni imkanlar açacaq. Burada Orta Dəhliz ilə TransAfqan dəhlizi arasında əlaqənin yaradılması kimi potensial imkanlar da var. Bir məqamı qeyd edim ki, hazırda Çinlə Əndican şəhəri, o cümlədən Çinlə Tacikistanın Düşənbə şəhəri arasında magistral avtomobil yolları ilə avtomobillər vasitəsilə yük daşımaları aparılır ki, bu daşımaları da dəmir yolu şəbəkəsinə qoşmaqla onları Şərq-Qərb istiqamətində multimodal daşımaların tərkib hissəsi hesab edə bilərik", - deyə o qeyd edib.
R. Rüstəmovun sözlərinə görə, bugünkü tədbir tarixi İpək Yolunun bərpasına, həmçinin qlobal əhəmiyyətli “Bir Kəmər, Bir Yol” təşəbbüsünün reallaşdırılmasına xidmət edir: "Tədbirin keçirildiyi Bakı şəhərinin, ümumilikdə Azərbaycanın bu kontekstdə xüsusi yeri və rolu var. Asiya ilə Avropa arasında körpülərin qurulmasına investisiya yatıran Azərbaycan açıq dənizə çıxışı olmasa da, beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrilib. Qonşuları ilə birləşən şaxələnmiş dəmir yolu şəbəkəsi yaratmış Azərbaycan region ölkələri üçün tranzit imkanlarını təmin etməkdədir".
"Prezident İlham Əliyev müxtəlif regional və qlobal platformalarda dəfələrlə Azərbaycanın “Bir Kəmər, Bir Yol” təşəbbüsünə dəstək verdiyini bildirib. Bu təşəbbüsün əyani davamı kimi ölkəmiz, tərəfdaş dövlətlər və onların dəmir yolu administrasiyaları ilə əməkdaşlıq edərək Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin, digər adı ilə Orta Dəhlizin inkişafı istiqamətində əhəmiyyətli işlərə imza atıb. Nəticədə Çindən Avropaya yüklərin çatdırılması müddətinin dəniz daşımalarına nisbətən iki dəfədən çox azaldılmasına imkan yaranıb", - deyə sədr əlavə edib.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
6 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
7 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 7 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti

























