Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Çərşənbə günü beynəlxalq birjalarda dollar major valyutalar qarşısında bahalaşıb. Lakin, bugün Amerika valyutasının bir neçə gündür ki, davam edən eniş tendensiyası davam edir.
Belə ki, EUR/USD cütlüyü dünən 1.1104 həddinə qədər ucuzlaşsa da, bugün 1.1132 həddində ticarət olunur. GBP/USD cütlüyü isə 1.3168 səviyyəsindən 1.3209 səviyyəsinə qədər artım sərgiləyib. Dollar indeksi isə 0.15% geriləyərək 100.95 bənd təşkil edib.
Dünən ABŞ-da kommersiya məqsədli neft ehtiyarlarına dair göstəricilərin dərc olunması fonunda qara qızılın qiyməti 79.30$ səviyyəsindən 78.50$ səviyyəsinə qədər ucuzlaşıb. Qeyd etmək lazımdır ki, ABŞ-ın kommersiya məqsədli neft ehtiyatları avqustun 23-də bitən həftə üçün 0.7 milyon barrel artaraq 377.908 milyon barrelə çatıb. Bu barədə ölkənin Energetika Nazirliyinin Enerji İnformasiyasının İdarə Edilməsi Şöbəsinin həftəlik icmalında məlumat verilib.
Bugün ABŞ-da ölkə ÜDM-i ilə bağlı statistik məlumatlar dərc olunacaq. Analitiklərin fikrincə, ikinci rübdə ölkə ÜDM-i, ikinci hesablamaya görə, illik 2.8% artıb (əgər ÜDM ardıcıl dörd rüb eyni sürətlə artarsa). ABŞ-ın Ticarət Departamentinin İqtisadi Təhlil Bürosu müvafiq məlumatları cümə axşamı, avqustun 29-da, Bakı vaxtı ilə saat 16:30-da dərc edəcək.
Eyni zamanda, ABŞ Əmək Departamenti ABŞ-da İşsizlik Müavinəti üçün İlkin Müraciətlərin Sayı ilə bağlı statistik məlumatları dərc edəcək. 24 avqust tarixində bitən həftə üçün göstəricinin əvvəlki həftənin 232 min səviyyəsində qalması proqnoz edilir.
Həmçinin, Almaniyada inflyasiyaya dair göstəricilər açıqlanacaq. Ekspertlər İstehlak Qiymətləri İndeksinin aylıq ifadədə 0%, illik ifadədə 2.1% təşkil edəcəklərini proqnozlaşdırırlar.
Məlumat İnvestAZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Qubada Regional Biznesin İnkişafı və Rəqəmsallaşma Sammiti keçiriləcək - TARİX
-
4 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin 2-ci mərhələsi başa çatıb
-
4 saat əvvəl
Unibank enerji effektivliyi üzrə EMTA ilə əməkdaşlıq müqaviləsi imzaladı
-
4 saat əvvəl
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb
Ən çox oxunanlar
Bakıda 2-ci “Popeyes” restoranı açılır
Un istehsalçılarının topdansatış qiymətləri açıqlanıb
“AzInTelecom” IV Vergi və Mühasibatlıq Zirvəsində - VİDEO
Premium Bank 3 mühüm nominasiya üzrə mükafatlandırılıb
Bakıda qarajların orta qiyməti martda 5 %-ə yaxın artıb





















