Təhsilin İnkişafı Forumu 2024 keçiriləcək!
Ümummilli lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş Təhsilin İnkişafı Forumu (TİF2024) "Tərəfdaşlıqdan Tərəqqiyə" konsept mesajı ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondu, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən 8 oktyabr 2024-cü il tarixində Gülüstan Sarayında təşkil olunacaqdır.
Forumun əsas məqsədi dövlət-universitet-sənaye tərəfdaşlığının dayanıqlı və davamlı inkişafına töhfə verməkdən ibarətdir. Eyni zamanda, dövlət-özəl əməkdaşlığı çərçivəsində layihələrin təşviqi, akademik təsisatların sənaye qurumları ilə fəaliyyətlərinin inteqrasiyası, insan kapitalının inkişafı tədbirin əsas mövzuları sırasındadır.
Tədbir 3 panel üzrə peşəkar moderator və spikerlərin iştirakı ilə baş tutacaqdır. Dövlət-universitet və sənaye arasında əməkdaşlıq modellərinə nümunə olaraq müştərək tədqiqat mərkəzlərinin yaradılması və fəaliyyəti, tədqiqatlar üzrə tərəfdaşlıq, texnologiyanın transferi, inkubator və innovasiya mərkəzləri, sənaye təcrübə proqramları müzakirə mövzuları arasındadır.
Təhsilin İnkişafı Forumu ilk dəfə olaraq “Təhsildən tərəqqiyə” konsept mesajı ilə 1 noyabr 2023-cü ildə 350-dən artıq nümayəndənin iştirakı ilə keçirilmişdir. Forumdan sonra bir sıra ali təhsil müəssisələri Bakı və regionlarda sənaye qurumları ilə faydalı əməkdaşlıqlara start vermiş və səmərəli layihələr həyata keçirmişlər. Forum hər il ölkənin təhsil sisteminin cari vəziyyəti, iqtisadiyyata inteqrasiyası, dövlət-özəl tərəfdaşlığının inkişaf perspektivlərinə dair ən vacib məsələlərin müzakirəsi üçün faydalı platforma təmin edir.
Təhsilin İnkişafı Fondu təhsilin bütün pillələrində təhsilalanlara və təhsilverənlərə yönəlik müxtəlif layihələr həyata keçirir, infrastruktur layihələri icra edir və təhsil sahəsində dövlət-özəl tərəfdaşlığını təşviq edir.
Tədbir haqqında ətraflı məlumatı www.tif.az rəsmi veb saytı və sosial media hesablarından əldə etmək mümkündür.
Facebook: https://www.facebook.com/tifbaku/
İnstaqram: https://www.instagram.com/tifbaku/
LinkedIn: https://www.linkedin.com/company/tehsilininkisafiforumu
Tərəfdaşlıqdan tərəqqiyə siz də qoşulun!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!





















