Rusiyanın ərzaq məhsulları istehsalçıları qiymətləri artırır
Rusiyanın ərzaq məhsulları istehsalçıları avqust-sentyabr aylarında qiymətlərin 5-40% artacaqları barədə pərakəndə satıcıları xəbərdar ediblər. Qənnadı məmulatlarının qiymətləri ən nəzərəçarpacaq dərəcədə artacaq. Qiymətlərin artırılmasının səbəbləri arasında yüksək inflyasiya, bahalı kreditlər, logistika, kadr, qablaşdırma və xammal xərclərinin artması göstərilir.Yüksək inflyasiya, bahalı kreditlər, logistika, işçi heyəti, qablaşdırma və xammal üçün artan xərclər Ruiyanın qida istehsalçıları tərəfindən satış qiymətlərinin növbəti dəfə kütləvi şəkildə nəzərdən keçirilməsinə səbəb olur.
Marja.az Rusiya mətbuatına istinadən xəbər verir ki, şŞirkətlər çeşidlərinin qiymətini 5-40% artırmağa hazırlaşırlar. Ən çox qənnadı məmulatları üzrə qiymət artımı olacağı bildirilir.
Qida istehsalçıları 2024-cü ilin avqust-sentyabr aylarında qiymətləri 5-40% artıracaqları barədə pərakəndə satış şirkətlərinə məktublar göndəriblər.
Pərakəndə şirkətlərinə "Mars", "Ritter Sport", "Дымка, " Славянка", "Вимм-Билль-Данн", "Viola", "Экомилк", "Health & Nutrition" (Danone), "Милком", "Пискаревский молзавод", "Каравай", "Балтика" şirkətlərinin məktub göndərdiyi qeyd olunur.
Məsələn, "Viola" pərakəndə şəbəkələrə yazdığı məktubunda bildirib ki, istehsal xətlərinə xidmət xərcləri, qablaşdırma xərcləri 12%, logistika xərcləri 16-30% bahalaşıb.
“Baltika” məktubunda butulkaların 8%, alüminium qutuların 25% bahalaşdığını bildirir. Şirkət həmçinin inflyasiyanı satış qiymətlərini artırmaq üçün arqument kimi göstərir. "Rosstat"ın məlumatına görə, 2024-cü ilin iyul ayında Rusiyada ərzaq inflyasiyası illik 9,67% təşkil edib.
"Milkom" yazır ki, şəkər, meyvə və giləmeyvə əlavələri və mayalandırıcılar 20% bahalaşıb. Şirkətdən verilən məlumata görə, süd 12% bahalaşıb. "Milkom" öz çeşidi üçün qiymətləri 5-15% artırmağa hazırlaşır.
Ən qabarıq qiymət dinamikasının qənnadı məmulatları seqmentində olacağı gözlənilir. İstehsalçı "Ritter Sport" pərakəndə satıcılara xəbərdarlıq edir ki, Ekstra Kakao (Extra Cacao) çeşidinin satış qiymətləri sentyabrın 1-dən 40% artacaq. Qərbi Afrikadakı quraqlıq səbəbindən kakao istehsalının azalması ilə şokolad bazarı kakao qiymətlərindəki kəskin artımlardan təsirlənməyə davam edir. Mars sentyabrın 9-dan “Dove” və “Korkunov” şokolad batonlarının qiymətini 19%, tərkibində şokolad olmayan “Skittles” çeynəmə konfetlərinin qiymətini isə 13% bahalaşdırmaq niyyətindədir.
“Slavyanka” qənnadı yağlarının 50%-ə qədər, quru süd məhsullarının 20%-ə, unun 30%-ə qədər bahalaşmasına diqqət çəkir.
“Karavay” da öz məktubunda məhsullarının qiymətini 10% artırmağı planlaşdırır.
Ekspertlər bildirir ki, yüksək rəqabətli pərakəndə satış bazarında qiymət artımları satışın azalmasına səbəb ola bilər. Şəbəkələr artımı bir neçə mərhələdə həyata keçirərəklər.
Qeyd edək ki, Rusiya Azərbaycanın idxalında 2-ci yeri turur, ölkəmizə Rusiyadan geniş çeşiddə qida məhsulları idxal olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
20 saat əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 20 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
23 saat əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Ən çox oxunanlar
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?





















