Dubay hava limanında yeni rekord
2024-cü ilin ilk altı ayında 44,9 milyon sərnişinə xidmət göstəribDünyanın ən böyük nəqliyyat qovşaqlarından biri olan Dubay Beynəlxalq Hava Limanı 2024-cü ilin ilk altı ayında 2023-cü ilin eyni dövrü ilə müqayisədə 8% çox omaqla 44,9 milyon sərnişinə xidmət göstərərək yeni rekorda imza atıb.
Marja xəbər verir ki, bu barədə Əmirliyin hava limanlarını idarə edən Dubai Airports şirkətinin press-relizində deyilir.
2024-cü ilin birinci yarısında Dubay Beynəlxalq Hava Limanı Hindistandan ən çox sərnişin qəbul edib - 6,1 milyon nəfər. Ondan sonra Səudiyyə Ərəbistanı və Böyük Britaniya gəlir - müvafiq olaraq 3,7 milyon və 2,9 milyon nəfər. Dubai Airports ən yüksək sərnişin axınına töhfə verən ölkələr kimi Pakistanı (2,3 milyon), ABŞ (1,7 milyon), Rusiya (1,3 milyon) və Almaniyanı (1,3 milyon) göstərib.
Şirkətin mətbuat xidmətindən verilən məlumata görə, hesabat dövründə Dubay Hava Limanı 216 min reys qəbul edib ki, bu da 2023-cü ilin ilk altı ayı ilə müqayisədə 7,2% çoxdur. 7,9 milyon sərnişinin hava limanının xidmətlərindən istifadə etdiyi ən sıx ay yanvar ayı olub.
Dubay Beynəlxalq Hava Limanı 2024-cü ildə 91,8 milyon insanı qarşılamağı planlaşdırır. "İlin qalan hissəsi üçün çox optimist proqnozumuz var. Biz yeni rekordlara çatmaq yolundayıq və 2024-cü ildə 91,8 milyon qonağı qəbul etməyi planlaşdırırıq",- press-relizdə bildirilir.
2023-cü ildə Dubay Beynəlxalq Hava Limanında sərnişin axını 86,9 milyon nəfərə çatıb. COVID-19 pandemiyasından əvvəl rekord göstərici 2018-ci ildə qeydə alınıb - 89,1 milyon sərnişin.
İnkişaf planları
Qlobal iqtisadiyyat pandemiyadan sağaldıqca və hava səyahətinə tələbat artdıqca, Dubay səlahiyyətliləri hazırda uçuşların kiçik bir hissəsinə xidmət edən Əl-Maktum hava limanını inkişaf etdirirlər. Aprel ayında Dubay əmiri, BƏƏ-nin baş naziri Şeyx Məhəmməd bin Rəşid Əl Məktum bu hava limanının genişləndirilməsi üçün 34,8 milyard dollar ayrılması barədə göstəriş vermişdi.
Onun sözlərinə görə, şəhərin ikinci hava limanı dünyanın ən böyük hava limanı olacaq və hər il 260 milyondan çox sərnişinə xidmət göstərə biləcək. Bir neçə il ərzində Dubay Beynəlxalq Hava Limanının bütün əməliyyatlarının Əl-Məktum şəhərinə köçürüləcəyi gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 28 d. əvvəl
- 48 d. əvvəl
-
-
14 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
16 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
17 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
"Biz artan yük axınlarını daha da artırmaq, həm də 3-cü ölkələrdən yükdaşımaları cəlb etmək üçün razılığa gəldik"
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
Ən çox oxunanlar
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur


























