Rusiya Mərkəzi Bankının faiz artıracağı gözlənilir
İyulun 26-da keçiriləcək növbəti iclasda Rusiya Mərkəzi Bankının faiz artıracağı gözlənilir.
Marja.az xəbər verir ki, Forbes-in sorğusunda iştirak edən 13 iqtisadçı və analitikin əksəriyyəti Mərkəzi Bankıni faiz dərəcəsini artıracağını gözləyir.
Sorğuda iştirak edən 7 ekspert tənzimləyicinin uçot dərəcəsini əhəmiyyətli dərəcədə - bir dəfəyə 2 faiz bəndi artıracağına inanır. 5 ekspert isə Mərkəzi Bankın faizini 1 faiz bəndi artıracağını nəzərdə tutur. Bu ssenari reallaşarsa, Rusiya Mərkəzi Bankı bu il ilk dəfə olaraq uçot dərəcəsini artıracaq. Tənzimləyici sonuncu dəfə 2023-cü ilin dekabrında faiz artırıb, bundan sonra 4 dəfə ardıcıl dərəcəsini 16% səviyyəsində sabit saxlayıb.
Rusiya Mərkəzi Bankı seçimini inflyasiya, kreditləşmənin sürətlənməsi və s. haqqında daxil olan məlumatlar ilə müəyyən edəcək.
Rusiya Mərkəzi Bankı yüksək kredit aktivliyi, eləcə də yüksək inflyasiya ilə məşğul olur. İllik ifadədə mövsümi amillər xaric qiymət artımı mayda 10,7%, iyunda 9,3% təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 d. əvvəl
Artıq iri plitələr qopmayacaq! - “Matanat A” şirkəti yeni yapışdırıcı təqdim edir
-
- 18 d. əvvəl
-
18 d. əvvəl
Hilton Baku-da rəhbərlər üçün süni intellekt mövzusunda qapalı executive sessiya keçirilib
- 34 d. əvvəl
- 34 d. əvvəl
- 37 d. əvvəl
- 56 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
Qızıl 1-ci, pambıq lifi 2-ci, mis filizləri 3-cü yerdə - Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı açıqlandı
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“MJ Financial Services BOKT” böyüyüb, faiz gəlirləri artıb
Ən çox oxunanlar
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN




















