“PAŞA Bank” “Təchizat zəncirinin maliyyələşdirilməsi” adlı forum keçirib
16 iyul tarixində ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” “PMD Projects” şirkəti ilə tərəfdaşlıq çərçivəsində “Təchizat zəncirinin maliyyələşdirilməsi” adlı faktorinq forumu keçirib.
Bakıda keçirilən tədbirdə tikinti və təmir sektorunda fəaliyyət göstərən şirkətlərin nümayəndələri, ölkənin maliyyə seqmentinin təmsilçiləri, “PAŞA Bank”, “PMD Projects” rəsmiləri və ümumilikdə 100-dən çox digər qonaqlar iştirak edib.
Forum iştirakçıları ödəniş və təchizat imkanlarının araşdırılması, alternativ hesab ödəniş modelləri ilə tanışlıq və faktorinq məhsulunun istifadəsi, həmçinin faydaları və bir sıra digər mövzuları müzakirə ediblər.
Panel müzakirələrində faktorinq məhsulu vasitəsilə maliyyə əməliyyatlarının nizamlanması, ödəniş dövriyyələrinin azaldılması və gecikdirilmiş ödənişlərlə bağlı risklərin aradan qaldırılmasına dair ətraflı məlumat paylaşılıb.
Tədbir zamanı, növbəti dövrdə birgə iş imkanları, işgüzar əlaqələr və əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib.
Qeyd edək ki, “PAŞA Bank” 2024-cü ilin mart ayında Azərbaycanda ilk “Faktorinq Klubu”nu yaratdı. Əsas məqsəd alıcı şirkətlər, onların təchizatçıları və “PAŞA Bank” arasında qarşılıqlı biznes əlaqələrini genişləndirmək, kiçik və orta sahibkarların faktorinq məhsulundan daha çox faydalanması üçün şərait yaratmaq və bununla da bazarda rəqabət üstünlüklərini gücləndirməkdir.
Bank 2014-cü ildən etibarən ölkədə faktorinq xidmətləri göstərir. Xidmətdən yalnız “PAŞA Bank”ın müştəriləri deyil, ölkədə fəaliyyət göstərən digər hüquqi şəxslər və fərdi sahibkarlar da istifadə edə bilər.
Faktorinq məhsulunun bütün üstünlükləri haqqında ətraflı məlumat almaq və onlayn müraciət forması üçün bu linkə keçid alın.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























