“PMD Projects” MMC Enerji İdarəetmə Sistemi üzrə ISO 50001 sertifikatını əldə etdi
(®) Azərbaycanın aparıcı tikinti şirkəti olan PMD Projects ISO 50001 Enerji İdarəetmə Sistemi sertifikatını əldə edib. Ölkəmizdə ISO 50001 standartı 2022-ci ildə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən qəbul edilib.
PMD Projects Azərbaycan Standartlaşdırma İnstitutuna müraciət edib bütün mərhələlərdən və auditlərdən uğurla keçərək mövcud olan standartlardan (ISO 9001:2020; ISO 14001:2021; ISO 45001:2021) əlavə qeyd olunan standartın (AZS ISO 50001:2022) müvəffəqiyyətlə əldə edilməsinə nail olub.
17 iyul tarixində baş tutan təltifetmə mərasimində Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru İlham Bayramov “PMD Projects” MMC-nin direktoru Nəriman Topçibaşevə AZS ISO 50001:2022 sertifikatını təqdim etmişdir.
ISO 50001 standartının tətbiqi PMD Projects-in həm ofis binalarında, həm də tikinti sahələrində keyfiyyətin idarə olunması, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin qorunması qaydaları ilə bərabər, enerji resurslarından daha səmərəli istifadə etməsinin beynəlxalq göstəricisidir. Bu, PMD Projects-in Yaşıl Dünya Naminə və Dayanıqlı İnşaatın İnkişaf etdirilməsi istiqamətində əldə etdiyi növbəti nailiyyətdir.
Azərbaycanda bu standartın qəbul edilməsi enerjidən istifadənin səmərəliliyinin yüksəldilməsi, enerji idarə olunması sahəsinə dair tələblərin qabaqcıl beynəlxalq təcrübəyə uyğun formalaşdırılması, enerjidən səmərəsiz istifadənin qarşısının alınması, eləcə də bərpa olunan enerji növlərinin tətbiqi imkanlarının genişləndirilməsi məqsədini daşıyır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 19 saat sonra
-
- 37 d. əvvəl
-
58 d. əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
Ən çox oxunanlar
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi
























