"Turan Bank" ilk 6 ayı xalis mənfəət ilə başa vurub
"Turan Bank" ASC 2024-cü ilin ilk 6 ayını (yanvar-iyun) 852 min manat xalis mənfəət ilə başa vurub. Bank 2023-cü ilin eyni dövrünü mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara daha böyük məbləğdə vəsaitin ayrılması ilə əlaqədar olaraq 14 milyon 786 min manat xalis zərər ilə bağlamışdı. Beləliklə, bu il "Turan Bank" xalis mənfəət ilə fəaliyyət göstərir.
GƏLİRLƏRİ ARTIB
Marja.az xəbər verir ki, 2024-cü ilin ilk 6 ayında 2023-cü ilin ilk 6 ayı ilə müqayisədə "Turan Bank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 8 milyon 563 min manat və ya 19,7% artaraq 52 milyon 74 min manat, əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 1 milyon 449 min manat və ya 3,5% artaraq 43 milyon 248 min manat təşkil edib. Gəlirlərdəki artımın xərclərdəki artımdan yüksək olması ilə əlaqədar olaraq Bankın əməliyyat mənfəəti 7 milyon 114 min manat artaraq 8 milyon 826 min manat təşkil edib (2023-cü ilin ilk 6 ayında 1 milyon 712 min manat )
BANK BÖYÜYÜB
2024-cü ilin yanvar-iyun dövründə, ötən ilin sonu ilə müqayisədə “Turan Bank”ın cəmi aktivləri 48 milyon 999 min manat və ya 6% artaraq 871 milyon 772 min manata yüksəlib.
2024-cü ilin yanvar-iyun dövründə, ötən ilin sonu ilə müqayisədə “Turan Bank”ın kredit portfeli (müştərilərə verilmiş cəmi kreditlər) 15 milyon 610 min manat və ya 2,5 % artaraq 644 milyon 966 min manata çatıb. O cümlədən, istehlak kreditləri portfeli 2 milyon 133 min manat artaraq 144 milyon 715 min manata, biznes kreditləri portfeli 7 milyon 728 min manat artaraq 375 milyon 359 min manata, ipoteka kreditləri portfeli 5 milyon 748 min manat artaraq 124 milyon 891 min manata qalxıb.
2024-cü ilin yanvar-iyun dövründə, ötən ilin sonu ilə müqayisədə “Turan Bank”ın cəmi öhdəlikləri 47 milyon 650 min manat və ya 6,4% artaraq 789 milyon 778 min manata çatıb. O cümlədən öhdəliklərin 454 milyon 228 min manatını depozitlər, 275 milyon 821 min manatını “Mərkəzi bank və dövlət fondları qarşısında” və “Kredit təşkilatları və digər maliyyə institutları qarşısında” öhdəliklər təşkil edib.
MƏCMU KAPİTALI DA ARTIB
30 İyun 2024-cü il tarixində “Turan Bank” ASC 102 milyon 697 min manat məcmu kapitala malik olub. Bank ötən ilin sonunda 85 milyon 116 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” və DSMF şəhid və qazi övladları üçün Novruz bayramı tədbiri təşkil edib - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 22 d. əvvəl
-
1 saat əvvəl
Uçuş bileti qiymətlərində 560%-dək artım turizmi təhdid edir
-
-
2 saat əvvəl
"İnflyasiya risklərinin artması səbəbindən FED faiz dərəcələrinin artırılmasına başlaya bilər"
- 2 saat əvvəl
-
2 saat əvvəl
Rusiyadan İrana göndərilən humanitar yardım Qaradağdan yola salınıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Neft bazarında narahatlıq yaradan iddia: Tramp administrasiyasından 200 dollarlıq ssenari
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"ABŞ-ın “sürətli qələbə” və “rejim dəyişikliyi” kimi hədəfləri uğursuz olub"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Martın 27-də gözlənilən hava şəraiti
Uçuş bileti qiymətlərində 560%-dək artım turizmi təhdid edir
Rusiyadan İrana göndərilən humanitar yardım Qaradağdan yola salınıb
Qeyri-müəyyənlik yüksək olaraq qalır, neft qiymətləri artır
Neft bazarında narahatlıq yaradan iddia: Tramp administrasiyasından 200 dollarlıq ssenari
Ən çox oxunanlar
Putin Rusiyadan külçə qızıl ixracını qadağan edib
Tramp: İran razılaşmaq istəyir, amma bunu deməyə qorxur
İran: ABŞ ilə heç bir danışıqlar aparılmır
Meta bu il ikinci ixtisar dalğasına başlayıb
Sony və Honda elektrik avtomobili layihəsindən imtina etdi
Müharibənin İspaniya şirkətlərinə gündəlik zərəri 5 milyard avrodur




















