AccessBank 2024-cü ilin 1-ci yarımilliyi üzrə maliyyə nəticələrini açıqladı
AccessBank, 2024-cü ilin 1-ci yarısı üzrə maliyyə nəticələrini açıqlayıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, hesabat dövründə müştərilərə etibarlı maliyyə xidmətləri təklif etməklə AccessBank, bazarda mövqeyini möhkəmləndirməyi davam edib.
Qeyd edilib ki, AccessBank, 2024-cü ilin 1-ci yarısı ərzində əsas maliyyə göstəriciləri üzrə dinamik artım nümayiş etdirib, hesabat dövründə Bankın xalis mənfəəti 27.2 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 39.5% yüksəkdir
Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə:
- Faiz gəlirləri 19.3% artaraq, 107.7 milyon manata çatıb.
- Xalis faiz gəlirləri isə 23.9% artaraq 66.7 milyon manata qədər yüksəlib.
- Qeyri-faiz gəlirləri 8.6 milyon manat təşkil edir.
- Xalis əməliyyat mənfəəti isə 1.4 dəfə artaraq, 27.2 milyon manata çatıb.
Nəticədə, Bankın məcmu kapitalı 167.4 milyon manata yüksəlib ki, bu da Azərbaycan respublikası Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş minimum tələbdən 3.3 dəfə çoxdur.
Bütövlükdə, bank maliyyə əlçatanlığının təmin edilməsi strategiyasını davam etdirmiş və ötən ilin analoji dövrü ilə müqayisədə cəmi kredit portfelini 15.1% (141.7 milyon) artıraraq 1,081 milyon manata yüksəltmişdir.
Portfelin artımı biznes sektoruna, xüsusən də, mikro seqmentə verilmiş kreditlər hesabına formalaşıb. Biznes sektoruna verilmiş kredit portfelinin artımı ötən ilin analoji dövrü ilə müqayisədə 18.4% (130.8 milyon) artaraq 841.6 mln manat təşkil edib.
Bankın aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 12.2% artaraq, hesabat dövrünün sonunda 1.5 milyard manata çatır.
Bankın depozit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 4.5% artaraq 1029.7 milyon manat təşkil edir.
*AccessBank QSC Azərbayca Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
11 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır















.jpg)








