Xalq Bank BMT-nin Qlobal Sazişinə qoşuldu
Davamlı inkişaf və sosial məsuliyyət prinsiplərini dəstəkləyən Xalq Bank Birləşmiş Millətlər Təşkilatının Qlobal Sazişinə (UN Global Compact) qoşuldu.
BMT-nin Qlobal Sazişi 160-dan çox ölkədə 20 mindən artıq biznes və qeyri-biznes tərəfdaşlarını birləşdirən dünyanın ən böyük korporativ dayanıqlılıq şəbəkəsidir. Saziş biznesin sosial məsuliyyətinin təşviq edilməsi və onun dayanıqlı inkişaf prinsiplərinə uyğunluğunun stimullaşdırılması məqsədini daşıyır və üzvlərini strategiya və fəaliyyətlərini beynəlxalq səviyyədə qəbul edilmiş insan haqları, işçi hüquqları, ətraf mühitin qorunması ilə bağlı prinsiplərə uyğunlaşdırmağa təşviq edir.
“BMT-nin Qlobal Sazişinə qoşulmaq Xalq Bankın öz fəaliyyətində davamlı inkişaf və sosial məsuliyyət prinsiplərini dəstəklədiyini göstərir. Qlobal Sazişin 10 prinsipini dəstəkləməyi öhdəsinə götürməklə Bank 2024-2026-cı illəri əhatə edən öz İnkişaf Strategiyasının prioritetlərində də nəzərdə tutulmuş ekoloji, sosial və korporativ idarəetmə istiqamətində fəaliyyət proqramını daha da təkmilləşdirmiş olacaq. İnanırıq ki, bu təşəbbüsə qoşulmaq ölkənin dayanıqlı maliyyə qurumlarından biri olan Xalq Banka müştəri və əməkdaşlarımız da daxil olmaqla cəmiyyət üçün daha böyük dəyər yaratmağa, iqtisadiyyata daha böyük tövhə verməyə şərait yaradacaq” –Xalq Bankın İdarə Heyətinin sədri, Baş icraçı direktor Kamran Məcidov bildirib.
Qeyd edək ki, bu il fəaliyyətinin 20-ci ilini qeyd edən Xalq Bank hazırda regionun ən dinamik inkişaf edən maliyyə qurumlarından biridir. Bank müxtəlif alternativ satış kanalları ilə yanaşı, ölkə üzrə 30 filialdan ibarət xidmət şəbəkəsi və peşəkar heyəti ilə müştərilərə müasir və rahat bankçılıq xidmətləri təklif edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
3 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub




















.jpg)




