Azərbaycan bankı səhmlərinin nominal dəyərini azaldır
“AccessBank” QSC adi səhmlərin nominal dəyərinin dəyişdirilməsini elan edir.
Bankın yaydığı məlumatda bildirilir ki, “AccessBank” Qapalı Səhmdar Cəmiyyəti hər bir adi səhminin nominal dəyərinin 4,25 AZN-dən 2,00 AZN-ə redenominasiyasını və müvafiq olaraq nizamnamə kapitalının azaldılmasını (52,94% azalma) elan edir.
Bank qeyd edir ki, adi səhmlərinin nominal dəyərinin azaldılması başa çatdıqdan sonra səhmlərin sayı və səhmdarların strukturu dəyişməz qalacaq. Bankın məcmu kapital vəziyyəti dəyişməyəcək və requlyativ normanın minimum tələblərindən təxminən üç dəfə artıq qalacaq.
Qeyd edək ki, hazırda “AccessBank” QSC-nin niamnamə kapitalı 270 milyon 106 min 912 manatdır. Səhminin nominal dəyərinin azaldılması ilə əlaqədar olaraq Bankın niamnamə kapitalı 127 milyon 113 min manat aalaraq 142 milyon 994 min manata düşəcəkdir.
“AccessBank” QSC-nin İctimaiyyətlə əlaqlər üzrə meneceri Ülviyyə Huseynova Marja.az-a bildirdi ki, səhmlərin nominal dəyərinin azaldılması əvvəlki illər yığılmış zərərin silinməsilə əlaqədardır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
4 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
























