İlin ən mühüm FED toplantısı - BU GÜN FAİZ QƏRARI AÇIQLANCAQ
Bu gün Bakı vaxtı ilə saat 22:00-da ABŞ Mərkəzi Bankı (FED) növbəti faiz qərarını açıqlayacaq.
Marja.az xəbər verir ki, FED-in faizlərini 5,25% - 5,50% aralığında sabit saxlayacağı gözlənilir.
İnvestorlar faiz qərarını açıqlayacaq FED-in yeni proqnozlarını izləyəcəklər. FED-in İdarə Heyətində təmsil olunan üzvlərin faiz proqnozlarını özündə əks etdirən qrafiki dərc olunduğu mart ayından bəri məyusedici inflyasiya məlumatlarından sonra, üzvlərin 2024-cü ildə faiz endirimlərinin sayı ilə bağlı proqnozlarını azaldacaqları gözlənilir.
Bloomberg-in sorğusuna qatılan iqtisadçılar FED-in 2024-cü ildə faizlərini 2 dəfə aşağı salacağını gözləyirər.
Yüksəlməyə meyl edən inflyasiya FED üçün risk yaradır. FED üzvləri həddindən artıq yumşalma nəticəsində iqtisadiyyatı arzuolunmaz şəkildə stimullaşdırmaq niyyətində deyillər.
Bloomberg Economics-ə görə, bugünkü iclas FED sədri Jerome Powell-in faiz endirimi cədvəli ilə bağlı aydın ipucunu verəcəyi ilin ən mühüm toplantısı ola bilər. Bloomberg iqtisadçısı Anna Wong hesab edir ki, mart ayında 3 faiz endirimi əvəzinə, bu gün 2 faiz endirimi gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
20 d. əvvəl
"Ölkəmizdə səhiyyə sistemi öz inkişafının yeni mərhələsinə qədəm qoyub"
- 25 d. əvvəl
- 44 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Bu qərar əlavə risklər, xərclər və ictimai narazılıq yaradır" - ATİA-DAN TƏKLİFLƏR
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Makron: Avropa Putinlə dialoqu bərpa etməlidir
Azərbaycan şirkəti müflis elan olunacaq
"Bu qərar əlavə risklər, xərclər və ictimai narazılıq yaradır" - ATİA-DAN TƏKLİFLƏR
Ən çox oxunanlar
5-ci böyük bank qazancını bölüşdürməyə hazırlaşır
Rəsmi məzənnələr açıqlandı
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!
Amazon Web Services Azərbaycanda
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb














.jpg)

.jpg)


