ABB yeni səhmlərini vətəndaşlara satmaqla xalis 86,5 milyon manat cəlb etməyi planlaşdırır
Emissiya edilən bütün səhmlərin ilkin satış (təklif) qiyməti ilə yerləşdirilməsi şərti ilə cəlb ediləcək vəsaitin məbləği 86 940 000 AZN, yeləşdirmə nəticəsində cəlb olunacaq vəsaitlərin ehtimal olunan xalis məbləği 86 503 100 AZN təşkil etməlidir.Aktivlərinin həcminə görə Azərbaycanın ən böyük bankı olan ABB (Azərbaycan Beynəlxalq Bankı) ölkəmizdə ilk dəfə səhmlərin ilkin kütləvi təklifinə (initial public offering IPO) imza atrır.
Marja.az xəbər verir ki, ABB hər birinin nominal dəyəri 27 qəpik (0,27 manat) olan 322 milyon ədəd yeni səhm buraxıb. Bu səhmlərin yerləşdirilməsilə 86 milyon 940 min manat, xərclər xarix isə xalis 86 milyon 503 min 100 manat cəlb edilməsi nəzərdə tutulur. Hazırda ABB-nin cəmi 1 milyard 225 milyon 647 min 819 manat dəyərində, hər birinin nominal dəyəri 27 qəpik olan 4 milyard 539 milyon 436 min 367 ədəd səhmi mövcuddur. Yerləşdirmə uğurla yekunlaşarsa Bankın səhmlərinin sayı 4 milyard 861 milyon 436 min 367 ədədə, nizamnamə kapitalı isə 1 milyard 312 milyon 587 min 819 manata yüksələcəkdir.
Bakı Fond Birjasının yaydığı məlumatda bildirilir ki, abunə yazılışının müddəti 11.06.2024 - 10.09.2024 tarixi aralıqlarını əhatə edir. Sifarişlər, nominal qiymət 0,27 manatdan başlayaraq qəbul edilir. Səhmlərin minimum alış həcmi 100 ədəd, maksimum 75 000 ədəd olmalıdır. Abunə yazılışı prosesində iştirak etmək istəyən şəxslər ABB mobil üzərindən, Bakı Fond Birjasının üzvü olan 12 investisiya şirkətləri vasitəsilə və ABB-nin bütün filiallarına yaxınlaşaraq öz sifarişlərini verə bilərlər.
Abunə yazılışı başa çatdıqdan sonra qiymətli kağızların yerləşdirilməsi Bakı Fond Birjasının ticarət platformasında həyata keçiriləcəkdir. Abunə yazılışı başa çatdıqdan 2 (iki) iş günü ərzində yerləşdirmənin keçirilmə vaxtı ictimaiyyətə açıqlanacaq və abunə yazılışı bitəndən 5 iş günü ərzində yerləşdirmə başlanacaqdır. Abunə yazılışı üzrə yerləşdirmə müddəti maksimum 7 iş günü təşkil edir.
Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti 31 avqust 2023-cü ildə “Azərbaycan Respublikasının dövlət müəssisələrinə özəl investisiyaların cəlb edilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, özəl investisiyaların cəlb edilməsi nəzərdə tutulan dövlət müəssisələrindən biri də məhz ABB-dir.
ABB-nin yaydığı məlumatda da bildirilir ki, abunə yazılışı 3 ay davam edəcək. Bankın 322 milyon ədəd səhmi satışa çıxarılıb. Bir səhmin minimal qiyməti 27 qəpikdir. Abunə yazılışı dövründə vətəndaşlar sifarişlərini 27 qəpik, yaxud daha yuxarı qiymətlə təqdim edə bilərlər. Bir vətəndaş minimum 100 ədəd, maksimum 75 000 ədəd ABB səhmi sifariş verə bilər.
Emissiya Prospektində qeyd olunub ki, səhmlərin təklif qiyməti 0.27 manatdan başlayır və qeyd olunan qiymətdən aşağı qiymətlə verilmiş sifarişlər təmin edilmir. Abunə yazılışı dövründə də səhmdarlar tərəfindən verilmiş sifarişlər üzrə onların üstünlük hüquqları Emitentin nizamnamə kapitalında malik olduqları paya mütənasib həcmdə təmin ediləcəkdir. Səhmlərə abunə yazılışının sayı üstünlük hüququ ilə alınan səhmlər istisna olmaqla hər bir investor üzrə maksimum 75 000 ədəd, minimum isə 100 ədəd səhm miqdarında müəyyən edilir.
Qeyd olunan məhdudiyyətlər nəzərə alınmaqla bir investor tərəfindən bir neçə sifariş təqdim edilə bilər. Yeni səhm təklifi nəticəsində 322 000 000 ədəd səhmin tam yerləşdirilməsi baş tutduğu halda ehtimal olunan dəyişiklik aşağıdaki kimi olacaq:

Təklifin səbəbləri səhmlərin emissiyasından əldə olunan vəsaitin “ABB” ASC-nin cəmiyyətin əsas fəaliyyəti olan kredit portfelinin böyüdülməsinə, və digər fəaliyyət istiqamətlərinə yönəldilməsidir. Səhm emissiyasından əldə olunacaq xalis gəlir səhmlərin yerləşdirmə qiymətindən asılıdır. Bütün səhmlər ilkin satış qiyməti ilə yerləşdirildiyi halda, emissiya nəticəsində cəlb olunacaq xalis məbləğin 86 503 100 manat təşkil edəcəyi gözlənilir.
ABB ölkənin və regionun ən gəlirli kommersiya qurumlarındandır. Bank illik mənfəətindən səhmdarlarına davamlı şəkildə dividendlər ödəyir. Son üç il üzrə dividend ödənişinin məbləği 2022-cü ildə 125 milyon manat, 2023-cü ildə 156 milyon 600 min manat, 2024-cü ildə 185 milyon manat olub. Bu il ABB-nin səhmlərinin illik dividend gəlirliliyi 15,1%-ə yüksəlib.
ABB səhmlərini əldə etmək üçün bu səhifəyə keçid edə bilərsiniz.
Müştərilərin xəbərləri
Hazır mənzil axtaranların diqqətinə: City Garden Narimanov”da 2, 3, 4 otaq, eləcə də studiya premium mənzillər hazırdır
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 12 d. əvvəl
- 16 d. əvvəl
-
-
1 saat əvvəl
“Bank Respublika”nın maliyyə vəziyyəti açıqlanıb - XALİS MƏNFƏƏTİ 18% ARTIB
- 2 saat əvvəl
-
13 saat əvvəl
Artan xərclər "Rabitəbank"a qazancını artırmağa imkan verməyib - ƏMƏLİYYAT MƏNFƏƏTİ AZALIB
-
14 saat əvvəl
“Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub
- 15 saat əvvəl
-
15 saat əvvəl
Hökumətdən "Sea Breeze Resort" üçün qərar - 55 hektar torpaq sahəsi ayrıldı
-
15 saat əvvəl
Bankların əldə etdikləri xalis mənfəət/xalis zərər məbləğinə görə SİYAHISI
-
15 saat əvvəl
Azercell-in dəstəyi ilə “StartHer Quba” layihəsinə start verildi
- 16 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Rəsmi məzənnələr açıqlandı
Çin iqtisadiyyatı 5% artıb
Artan xərclər "Rabitəbank"a qazancını artırmağa imkan verməyib - ƏMƏLİYYAT MƏNFƏƏTİ AZALIB
Bank 23-cü filialını Zaqatalada açdı
Ən çox oxunanlar
Azercell-in dəstəyi ilə “StartHer Quba” layihəsinə start verildi
Hazır mənzil axtaranların diqqətinə: City Garden Narimanov”da 2, 3, 4 otaq, eləcə də studiya premium mənzillər hazırdır
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
2027-ci il üzrə dövlət büdcəsi 42 milyard manat proqnozlaşdırılır
Azərbaycan iqtisadiyyatı barədə yeni proqnozlar - 2030-CU İLİN SONUNADƏK DOLLAR 1,70-DƏN GÖTÜRÜLÜR
"PAŞA Bank" səhmlərinə sahib olun!







.jpg)







.jpg)





