Son 3 ildə bəxti yoxlamaq üçün 563 milyon manat xərclənib
Lotereya oyunları və idman mərc xidmətləri şirkəti “Azərloteraya” ASC-nin son 3 ildə bu fəaliyyətlərdən cəmi gəliri 563 milyon 93min manat, o cümlədən 2021-ci ildə, 43 milyon 970 min manat, 2022-ci ildə 258 milyon 164 min manat, 2023-cü ildə isə 260 milyon 959 min manat təşkil edib.
Marja.az “Azərlotereya” ASC-nin 2023-cü il üzrə maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il şirkətin lotereya oyunları və idman mərc xidmətlərindən gəliri 2 milyon 796 min manat və ya 1,1% artıb.
“Azərlotereya” ASC 2023-cü ili 35 milyon 787 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2022-ci ili 41 milyon 99 min manat xalis mənfəət ilə bağlamışdı. Gəlirin artmasına baxmayaraq xalis mənfəətin 5 milyon 312 min manat və ya 12,9% azalması Şirkətinəməliyyat xərclərinin artması ilə bağlıdır. Belə ki, “Azərlotereya” ASC-nin 2023-cü ildə 2022-ci illə müqayisədə sadələşdirilmiş vergi xərci 15,5% artaraq 62 milyon 779 min manat, inzibati xərcləri 44,3% artaraq 21 milyon 293 min manat, reklam və marketinq xərcləri 9,2% artaraq 13 milyon 730 min manat,İT və sistem dəstəyi xərcləri 34,4% artaraq 12 milyon 744 min manat, digər əməliyyat xərcləri isə 29,7% artaraq 30 milyon 625 min manat təşkil edib.
Ötən il “Azərlotereya”nın satıcı, distribusiya və çap xərcləri 18% azalaraq 84 milyon 285 min manat təşkil edib.
Şirkətin 260 milyon 959 min manat gəlirinə qarşı, yuxarıda qeyd edilən bütün xərcləri cəmi 225 milyon 454 min manat təşkil edib. Nəticədə ötən il şirkətin əməliyyat mənfəəti 35 milyon 505 min manat təşkil edib. Ötən il“Azərlotereya”nın əsas fəaliyyətlərə aid olmayan maliyyə gəliri 955 min manat, maliyyə xərcləri 277 min manat təşkil edib. Bu gəlir və xərclər nəzərə alınmaqla Şirkətin mənfəət vergisindən əvvəlki mənfəəti 36 milyon 183 min manat olub. Ötən il “Azərlotereya” 396 min manat mənfəət vergisi ödəyib.
“Azərlotereya” yaydığı press-relizdə qeyd edib ki, lotereya iştirakçıları üçün ayrılmış uduş fondunda artım müşahidə olunub. Bu göstərici 2022-ci illə müqayisədə 21 faiz artıb. Lakin fondun məbləği açıqlanmayıb.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidenti “Azərlotereya” ASC-nin idarəetməyə verilməsi barədə 16 yanvar 2021-ci ildə Sərəncam imzalamışdır. Sərəncamın icrası ilə əlaqədar İqtisadiyyat Nazirliyinin təsisçisi olduğu “Azərlotereya” ASC-nin Türkiyənin dünyada nüfuzlu “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə müəssisəsi olan “YMT Sans B.V.” şirkətinə 10+5 illik müddətə idarəetməyə verilməsi ilə bağlı 27 fevral 2021-ci ildə müqavilə imzalanıb.
“Demirören Holding” Türkiyənin ən aparıcı lotereya oyunlarının təşkilini həyata keçirir. İtaliyanın məşhur oyun operatoru “Sisal SpA” ilə ortaq təşəbbüs quran “Demirören Holding” 2019-cu ildə Türkiyənin milli lotereyası “Milli Piyango”nun yaxın 10 il üçün əməliyyat hüquqlarını əldə edib.
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” və DSMF şəhid və qazi övladları üçün Novruz bayramı tədbiri təşkil edib - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 2 saat əvvəl
-
3 saat əvvəl
Google süni intellekt əsaslı “Search Live” funksiyasını qlobal miqyasda istifadəyə verdi
-
-
3 saat əvvəl
Tramp İranın enerji obyektlərinə hücumları 10 gün müddətinə dayandırdı
-
12 saat əvvəl
Rystad Energy: Qlobal neft hasilatı pandemiya səviyyəsindən də aşağı düşüb
-
12 saat əvvəl
VTB Bankın rəhbəri Rusiya Mərkəzi Bankın faiz dərəcəsinin tədricən azalacağını proqnozlaşdırır
-
13 saat əvvəl
İranda yaşı 12-dən yuxarı olan könüllülər üçün səfərbərlik çağırışı
- 13 saat əvvəl
-
18 saat əvvəl
KİV: İran ABŞ-ın 15 maddəlik razılaşma təklifinə cavabı rəsmi şəkildə qarşı tərəfə göndərib
- 18 saat əvvəl
-
18 saat əvvəl
İran müharibəsi kimyəvi pestisid və gübrə qiymətlərinə də təsir etməyə başlayıb
- 19 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
İranda yaşı 12-dən yuxarı olan könüllülər üçün səfərbərlik çağırışı
KİV: İran ABŞ-ın 15 maddəlik razılaşma təklifinə cavabı rəsmi şəkildə qarşı tərəfə göndərib
Neft qiymətləri yüksəlir - BU GÜN 4%-DƏN ÇOX BAHALAŞDI
ABŞ və İsraillə müharibə aparan İranın neft gəlirləri artıb
Tramp: İran gec olmadan ABŞ-ın təklifinə ciddi yanaşmalıdır
Martın 27-də gözlənilən hava şəraiti
Uçuş bileti qiymətlərində 560%-dək artım turizmi təhdid edir
"İnflyasiya risklərinin artması səbəbindən FED faiz dərəcələrinin artırılmasına başlaya bilər"
Azərbaycan neftinin son qiyməti
Rusiyadan İrana göndərilən humanitar yardım Qaradağdan yola salınıb






















