Bank Xankəndidə filialını açdı
Ölkənin birinci Bankı Kapital Bank Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında fəaliyyətini genişləndirməyə davam edir.
Belə ki, Zəngilən və Laçın filiallarının ardından bankın Xankəndi filialının açılışı baş tutub.
Açılışda Kapital Bank-ın İdarə heyətinin sədri, Baş icraçı direktor Fərid Hüseynov, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi”nin Əmlak idarə edilməsi şöbəsinin rəsmi nümayəndələri, Xankəndi sakinləri və bankın nümayəndələri iştirak ediblər.
Açılışda çıxış edən Fərid Hüseynov bildirib ki, “Böyük qayıdışın dəstəkçilərindən biri olan, ölkənin birinci bankı kimi Xankəndidə fəaliyyətə başlamaq bizim üçün çox dəyərlidir. Bankımızın əsas məqsədlərindən biri də harada olmasından asılı olmayaraq,müştərilərimizə keyfiyyətli xidmət göstərməkdir. Bu qiymətli, sözün əsl mənasında dəyərli torpaqlarımızda öz yurdlarına qayıdan insanlara xidmət göstərmək bizim üçün daha böyük məsuliyyət və qürurdur”.
Yeni konsepsiya əsasında təqdim edilən Xankəndi filialı həftə içi 5 gün saat 9:00-dan 18:00-dək müştərilərə ən yüksək səviyyədə xidmət göstərəcək. Filial bunun üçün bütün zəruri şəraitə və imkanlara malikdir. Burada Xankəndi sakinlərinə əmanətlər, plastik kartlar, müxtəlif növ kreditlər və digər məhsullar, hesablaşma-kassa əməliyyatları, valyuta mübadiləsi kimi əməliyyatlar da daxil olmaqla bütün növ bank xidmətləri təklif olunur.
Ölkədə ən böyük filial şəbəkəsinə malik bankın filiallarının sayı Xankəndi filialının açılışının ardından 120-yə çatdı. Tezliklə bankın Cəbrayıl şəhərində də filialının açılması planlaşdırılır.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
4 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
-
- 7 d. əvvəl
- 20 d. əvvəl
- 23 d. əvvəl
- 30 d. əvvəl
- 32 d. əvvəl
- 1 saat əvvəl
-
11 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Kərə yağı idxalı azalıb, bitki yağlarının idxalı isə artıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 25 GÜN
Tramp: Sabah İrana hücum etməyəcəyik
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Ən çox oxunanlar
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
















.jpg)





