ABB Naxçıvan filialını da yenilədi!
(®) ABB böyük iqtisadi potensiala malik Naxçıvan Muxtar Respublikasında da fəaliyyətini genişləndirir və müştərilərə xidmətin keyfiyyətini artırır.
Bankın filiallarının transformasiyası layihəsi çərçivəsində ABB-nin Naxçıvan şəhərindəki filialı da yenilənib. Filial şəhərin mərkəzində - Heydər Əliyev prospekti 13A ünvanında yerləşən yeni binasında xidmətə başlayıb.
ABB-nin yeni brend kimliyinə, müasir inkişaf konseptinə uyğunlaşdırılmış binada bizneslərin, eləcə də fərdi müştərilərin universal maliyyə xidmətlərinə olan ehtiyaclarının təmin edilməsi üçün hər cür şərait yaradılıb.
Müştərilər ABB-nin Naxçıvan filialında müxtəlif növ kredit, kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, ödəniş kartlarının sifarişi, nağd valyuta ilə əməliyyatlar və s. bu kimi müxtəlif xidmətlərdən faydalana bilərlər.
ABB-nin İdarə Heyəti sədrinin birinci müavini İlham Həbibullayev bildirib ki, Bankın Naxçıvan filialı regiondakı cari fəaliyyəti ilə yanaşı, bank sektorunun regional inkişafına da öz töhfəsini verməkdə davam edəcək: "ABB olaraq qabaqcıl təcrübə və imkanlarımızdan istifadə edərək bundan sonra da əhaliyə rahat, əlçatan və keyfiyyətli xidmət göstərəcək, regionda bizneslərin inkişafını dəstəkləyəcəyik”.
Filialın açılışında Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin rəhbərliyi də iştirak edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 d. əvvəl
-
-
32 d. əvvəl
"Gələn ayın əvvəlində yeni yataqdan qaz hasilatına başlanılması ilə bağlı məlumat verəcəyik"
- 34 d. əvvəl
- 41 d. əvvəl
- 50 d. əvvəl
- 54 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycana 4 ayda təxminən 100 milyon dollarlıq buğda idxal olunub -10 FAİZ ARTIB
- 1 saat əvvəl
-
1 saat əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana geyim əşyalarının idxalı azalıb
Rəsmi məzənnələr açıqlandı
"Uzunluğu 75 kilometr olan tunellərin 70 kilometri artıq istifadəyə verilib, 500 körpüdən 435-i artıq tikilib" - MÜSAHİBƏ
Ən çox oxunanlar
Azərbaycana çay idxalı 23% azalıb
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Kərə yağı idxalı azalıb, bitki yağlarının idxalı isə artıb
Süd və qaymaq idxalı 54,9% artıb
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 25 GÜN
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik






.jpg)











.jpg)




