Naxçıvan Avtomobil Zavodunun maşınları satılmır
2017-ci ilin yanvar-iyul aylarında Azərbaycanda cəmi 30 ədəd minik avtombili istehsal edilmişdir.
“Marja” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrünə nisbətən minik avtomobillərinin istehsalı 72% azalıb.
2017-ci ilin birinci yarısında cəmi 21 ədəd avtomobil istehsal edilmişdi. Beləliklə, İyulda cəmi 9 ədəd minik avtomobili istehsal olunub.
01.08.2017-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 133 ədəd təşkil edib. 01.07.2017-ci il vəziyyətinə 126 ədəd hazır məhsul ehtiyatı mövcud idi.
Azərbaycanda minik avtomobillərinin yeganə istehsalçısı “Naxçıvan Avtomobil Zavodu”dur.
2017-ci ilin yanvar-mart aylarında Azərbaycanda minik avtomobilləri istehsal olunmamışdı. Naxçıvan Avtomobil Zavodu istehsal prosesindəki fasiləni “yenidənqurma işləri” ilə əlaqələndirmişdi.
Qeyd edək ki, Naxçıvan Avtomobil Zavodu "NAZ-Lifan" markalı minik avtomobilləri istehsal edir. Avtomobillərin ehtiyat hissələri Çindən idxal olunur. Müəssisənin ən iri müştərilərindən biri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi idi. Avtomobillər dövlət büdcəsi vəsaitləri hesabına alınaraq əlillərə hədiyyə olunurdu.
Məhsul növləri | 2017-ci ilin yanvar-iyul aylarında istehsal edilmişdir | Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə | 01.08.2017-ci il vəziyyətinə hazır məhsul ehtiyatı |
Traktorlar, ədəd | 763 | 126,7 | 1 |
Xüsusi təyinatlı kommunal maşınlar, ədəd | 1 770 | 2,1 d. | 349 |
Yük avtomobilləri, ədəd | 2 | 0,7 | - |
Minik avtomobilləri, ədəd | 30 | 28,0 | 133 |
Yüklərin daşınması üçün sair qoşqular və yarımqoşqular, ədəd | 2 | 0,7 | - |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 14 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər





.jpg)
.jpg)










.jpg)





