Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Bugün ABŞ-da dərc olunacaq İstehlak Qiymətləri İndeksi göstəricilərinin fonunda dollar major valyutalar qarşısında bir qədər ucuzlaşır. EURUSD, GBPUSD və USDJPY valyuta cütlükləri müvafiq olaraq 1.0824, 1.2595 və 156.240 səviyyələrində ticarət olunurlar. Dolların indeksi 0.09% azalaraq 104.96 bənd səviyyəsinə enib.
Çərşənbə axşamı günü Federal Ehtiyatlar Sisteminin (FED) sədri Cerom Pavel öz çıxışında bildirib ki, tənzimləyici quruma ABŞ-da inflyasiyanın 2%-lik hədəf səviyyəsinə düşməsinə əmin olmaq üçün daha çox vaxt lazımdır. FED rəhbərinin sözlərinə görə, 2024-cü ilin birinci rübü inflyasiyanın azaldılması ilə bağlı kifayət etməyəcək qədər irəliləyiş göstərib və istehlak qiymətlərinin artım templəri ilə bağlı məlumatlar “hamının gözlədiyindən yüksək olub”.
"Bu hal, bizə səbirli olmağımızı və məhdudlaşdırıcı siyasətin öz işini görməsinə icazə verməli olduğumuzu göstərir", - qeyd edib Pavel.
Ekspertlərin fikrincə, ölkədə inflyasiyanın səviyyəsi hələ də hədəf göstəriciləri üstələdiyi üçün ABŞ Federal Ehtiyatlar Sistemi 2024-cü ilin sentyabr ayından tez olmadan, hətta 2025-ci ildə əsas uçot dərəcəsini azaltmağa başlayacaq.
Həmçinin çərşənbə günü səhər qızılın qiyməti dolların ucuzlaşması fonunda və ABŞ-da inflyasiya statistikası ərəfəsində artım nümayiş etdirir. Səhər saatlarına olan məlumata əsasən, Nyu-York “Comex” birjasında iyun ayı üzrə qızıl fyuçerslərinin qiyməti 1 troy unsiyası üçün 3.45$ və ya 0.15% artaraq 2363.35$ olub. İyul ayı üzrə gümüş fyuçerslərinin qiyməti 0.26% artaraq bir unsiya üçün 28.777$ təşkil edib.
Bazar iştirakçıları bugün ABŞ-da ölkənin Əmək Nazirliyi tərəfindən dərc olunacaq İstehlak Qiymətləri İndeksi göstəricilərini diqqətlə izləyəcəklər. Analitiklərin fikrincə aprel ayında PPI indeksi illik ifadədə 3.4% təşkil edib. Eyni zamanda, ölkənin Ticarət Nazirliyi ABŞ-da pərakəndə satışların həcminə dair məlumatları açıqlayacaq.
Bakı vaxtı ilə saat 13:00-da Avropa statistika agentliyi “Eurostat” birinci rübdə Avrozonanın ÜDM dinamikasının ikinci qiymətləndirməsini dərc edəcək. İlkin məlumatlara görə, təşkilat ölkələrinin iqtisadiyyatları illik ifadədə 0.4%, rüblük ifadədə isə 0.3% artıb.
Eyni zamanda saat 18:30-da ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsi ölkədəki kommersiya məqsədli neft ehtiyatları (strateji ehtiyatlar istisna olmaqla) haqqında məlumatları dərc edəcək. Mayın 10-da başa çatan həftədə ölkənin kommersiya məqsədli neft ehtiyatlarının 1.4 milyon barrel azalaraq 458.1 milyon barrelə düşəcəyi proqnozlaşdırılır.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 d. əvvəl
"Bakı–Tbilisi–Qars istifadəyə verildi. Avropa dəmir yolu sisteminə birbaşa çıxışımız var"- AÇIQLAMA
-
-
1 saat əvvəl
Artıq iri plitələr qopmayacaq! - “Matanat A” şirkəti yeni yapışdırıcı təqdim edir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Hilton Baku-da rəhbərlər üçün süni intellekt mövzusunda qapalı executive sessiya keçirilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Hilton Baku-da rəhbərlər üçün süni intellekt mövzusunda qapalı executive sessiya keçirilib
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
Ən çox oxunanlar
“MJ Financial Services BOKT” böyüyüb, faiz gəlirləri artıb
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq

















.jpg)





