Əməliyyat-axtarış keçirilib, külli miqdarda aksiz markası olmayan siqaretlər aşkar edilib
Dövlət Gömrük Komitəsinin (DGK) Əməliyyat-İstintaq Baş İdarəsi, Bakı Baş Gömrük İdarəsi və Gəncə Gömrük İdarəsinin əməkdaşlarından ibarət əməliyyat qrupunun üzvləri tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda aksiz markası olmayan siqaretlər aşkar edilib.
Komitənin yaydığı məlumata görə, Azərbaycanın aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış külli miqdarda tütün məmulatlarının qanunsuz idxalı, satış məqsədilə saxlanılması və satışının həyata keçirilməsinə dair daxil olmuş əməliyyat məlumatı əsasında müvafiq məhkəmə qərarı ilə Tovuz rayon sakininə məxsus fərdi yaşayış evinə baxış keçirilib.
Fərdi yaşayış evindən 122 karton qutuda qablaşdırılmış 1 milyon 219 min 980 ədəd müxtəlif növ aksiz markası ilə markalanmamış tütün məmulatları aşkar edilərək götürülüb.
Komitənin Əməliyyat-İstintaq baş İdarəsi tərəfindən hüquqpozmaya yol vermiş şəxslərin məsuliyyətə cəlb edilməsi üçün fakt üzrə araşdırma aparılır.
DGK bir daha vətəndaşların diqqətinə çatdırır ki, iri vergi tutumlu və aksiz markası ilə markalanmalı olan siqaretlərin qanunsuz idxalı, satışı, əldə edilməsi, daşınması, saxlanması, onlardan istifadə edilməsi və onlar üzərində sərəncam verilməsi, habelə bu qəbildən olan digər hərəkətlər dövlətin, bu sahədə qanuni sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin, habelə istehlakçıların mənafeyinə ziyan vurur, törədilmiş hüquqpozmanın xarakterindən asılı olaraq inzibati və cinayət məsuliyyətinə səbəb olur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
37 d. əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 44 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)











.jpg)





