Şöbə açmağın şərtləri müəyyənləşdirilib
Maliyyə Bazarlarına Nəzarət Palatası “Yerli bankların şöbələrinin və yerli nümayəndəliklərinin açılması üçün icazə alınması və icazənin ləğv edilməsi Qaydaları”nı təsdiq edib.
Bu qaydalar Azərbaycan ərazisində fəaliyyət göstərən yerli bankların şöbə və yerli nümayəndəliklərinin açılmasına icazələrin verilməsi və icazələrin ləğv edilməsi qaydalarını, həmçinin onların fəaliyyətinə dair şərtləri və tələbləri müəyyən edir.
Bankların şöbə və nümayəndəliyin açılması üçün icazənin verilməsi və ləğv edilməsi barədə qərarlar Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinə müvafiq olaraq Azərbaycan prezidenti ilə razılaşdırılmaqla qəbul edilir. Bankın şöbə və ya nümayəndəliyinin açılmasına icazə almaq üçün aşağıdakı sənədlər təqdim edilir:
-şöbə və ya nümayəndəliyin açılması üçün icazə alınmasına dair ərizə;
-şöbə və ya nümayəndəliyin yaradılması və əsasnaməsinin təsdiq edilməsi barədə bankın səlahiyyətli idarəetmə orqanının (Səhmdarların Ümumi Yığıncağı və ya Müşahidə Şurası) qərarının notariat qaydasında təsdiq edilmiş surəti və ya iclas protokolundan çıxarış ;
- şöbənin və ya nümayəndəliyin əsasnaməsi;
- şöbə və ya nümayəndəliyin hüquqi ünvanını təsdiq edən sənəd;
- şöbə və ya nümayəndəliyin inzibatçılarının təyin edilməsi barədə bankın səlahiyyətli idarəetmə orqanının qərarının notariat qaydasında təsdiq edilmiş surəti və ya iclas protokolundan çıxarış;
- şöbə və ya nümayəndəliyə təyin edilməsi təklif edilən inzibatçıların siyahısı, habelə onların hər biri üçün peşə ixtisası və təcrübəsi (təhsil və əmək fəaliyyəti) haqqında məlumatın göstərildiyi sənədlərin notariat qaydasında təsdiqlənmiş surətləri, bankda və digər hüquqi şəxslərdə onların mühüm iştirak paylarını və digər məlumatları əks etdirən anket, tərəflərindən imzalanmış və imzası notariat qaydasında təsdiqlənmiş vətəndaş qüsursuzluğuna dair ərizə;
- şöbənin ilk üç il üçün maliyyə proqnozları (proqnoz balans, mənfəət və zərər haqqında hesabatı və onlara dair şərhlər).
Palata baxılmaq üçün ona təqdim edilmiş sənədlərdə səhvlər və ya çatışmazlıqlar müəyyən etdikdə o, bu barədə banka 10 təqvim günü müddətində bildiriş göndərir və bu səhvləri və ya çatışmazlıqları aradan qaldırmağı təklif edir. Həmin müddətdə Palata banka yazılı bildiriş göndərməzsə, sənədlər baxılmaq üçün qəbul edilmiş hesab edilir. Əgər bank 20 (iyirmi) təqvim günü müddətində bu səhvləri və ya çatışmazlıqları aradan qaldırıb Palataya müvafiq sənədləri təqdim etməzsə, Palata əvvəlcədən ona təqdim olunan sənədləri geri qaytarır. Palata şöbə və ya nümayəndəliyin açılmasına icazə alınması üçün sənədlərin qəbul edildiyi gündən ən geci 30 təqvim günü müddətində bankın müraciətinə baxır və bu Qaydalarda tutulmuş şərtlər əsasında banka müvafiq yazılı icazəni verir və ya rədd qərarını yazılı surətdə banka göndərir. Bankın şöbə və ya nümayəndəliyinin açılmasına icazə Palata tərəfindən bu Qaydalara uyğun olaraq yalnız aşağıdakı şərtlər gözlənilməklə verilə bilər:
- bankın prudensial hesabatlarına əsasən maliyyə vəziyyəti qənaətbəxşdir;
- inzibatçılar məqbul və lazımi keyfiyyətlərə malik, habelə “Banklar haqqında” qanunun tələblərinə cavab verən şəxslərdir;
- şöbə üçün təklif edilən nəzarət prosedurları adekvatdır;
- şöbənin maliyyə proqnozları adekvatdır;
- şöbənin fəaliyyət göstərəcəyi yer Palatanın bank fəaliyyətinin həyata keçirilməsi üçün müəyyən etdiyi texniki-təchizat və təhlükəsizlik tələblərinə cavab verir (şöbənin yerləşdiyi yer informasiya texnologiyaları vasitələri və hesablama texnikası ilə təchiz olunub, əməliyyat və uçot işlərinin həyata keçirilməsini təmin edəcək proqram təminatı mövcuddur, pul vəsaitlərinin saxlanması üçün Mərkəzi Bankın müvafiq normativ xarakterli aktlarının tələblərinə cavab verən kassa qovşağı qurulub, mühafizə siqnalizasiya vasitələri ilə qorunması təmin edilib);
- şöbənin müştərilərinin bank hesabları üzrə aparılan əməliyyatların bankın mühasibat kitablarında real vaxt rejimində və ya əməliyyatın aparıldığı günün sonunda əks etdirilməsini təmin edəcək texnoloji vasitələr (bankın əməliyyat sisteminə inteqrasiya edilmiş proqram təminatı, informasiya texnologiyaları və kommunikasiya vasitələri) mövcuddur;
- şöbə və nümayəndəliyin açılmasına icazə almaq üçün təqdim edilən sənədlər Azərbaycan qanunvericiliyinin tələblərinə uyğundur.
Bank şöbəsinin və ya nümayəndəliyinin açılmasına verilmiş icazə yalnız Palata tərəfindən aşağıdakı bir və ya bir neçə əsas olduqda ləğv edilə bilər:
- şöbənin və ya nümayəndəliyin ləğvi barədə bankın səlahiyyətli idarəetmə orqanının qərarı qəbul edildikdə;
- icazə almaq üçün ərizə verilərkən təqdim edilmiş məlumatların yanlış olduğu müəyyənləşdirildikdə;
- bankın lisenziyası ləğv edildikdə;
- şöbə və ya nümayəndəlik icazəni aldıqdan sonra on iki ay ərzində fəaliyyətə başlamadıqda, yaxud Palata şöbənin altı ay ərzində fəaliyyətinin dayandırıldığını müəyyən etdikdə;
- şöbə və ya nümayəndəliyin əsasnaməsində və ya Palata tərəfindən verilən icazədə nəzərdə tutulmayan fəaliyyət növlərini həyata keçirdikdə;
- icazəni almış şöbə idarəetməni və ya cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədikdə və ya “Banklar haqqında” qanunun, Palatanın və Mərkəzi Bankın normativ xarakterli aktlarının tələblərini iki dəfədən artıq halda pozduqda.
Qanunla nəzərdə tutulmuş bank nəzarəti tədbirlərini həyata keçirərkən Palata bank şöbəsinə verilmiş icazəni dayandıra və ya ləğv edə bilər.
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” və DSMF şəhid və qazi övladları üçün Novruz bayramı tədbiri təşkil edib - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
-
6 saat əvvəl
Müharibənin İspaniya şirkətlərinə gündəlik zərəri 5 milyard avrodur
-
6 saat əvvəl
"Shell" rəhbəri: Hörmüzdə gərginlik davam edərsə, benzin və dizel bazarında çatışmazlıq yarana bilər
-
6 saat əvvəl
Türkiyənin daha bir tanınmış restoranlar şəbəkəsinin Bakıda şöbəsi açılacaq
- 7 saat əvvəl
-
7 saat əvvəl
İran-dan danışıqlara mənfi cavab: Müharibənin bitməsi üçün 5 şərt
-
7 saat əvvəl
ABŞ-ın təklifləri Tehran tərəfindən qəbul edilməyib, İran atəşkəs üçün 5 şərt irəli sürüb
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
12 saat əvvəl
İran müharibəsi gərginliyi: Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən yeni addımlar
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Meta bu il ikinci ixtisar dalğasına başlayıb
Sony və Honda elektrik avtomobili layihəsindən imtina etdi
Müharibənin İspaniya şirkətlərinə gündəlik zərəri 5 milyard avrodur
Zəmanətsiz avtomobil almağın həqiqi riskləri 8 bənddə
ABŞ-ın təklifləri Tehran tərəfindən qəbul edilməyib, İran atəşkəs üçün 5 şərt irəli sürüb
ABŞ-ın əczaçılıq nəhəngi "Merck" şirkəti "Terns Pharmaceuticals" şirkətini 6,7 milyard dollara satın alır
Ən çox oxunanlar
İran atəşkəs iddialarını təkzib edib
İran müharibəsi gərginliyi: Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən yeni addımlar
Danone-dən 1 milyard avroluq satınalma
"Apple Maps"ə reklamlar gəlir
“Baku Steel Company” istehsalı borc ilə genişləndirmək niyyətindədir





















