Dünyanın ən böyük zeytun yağı istehsalçısı: Sektor tarixinin ən çətin dövrünü yaşayır
Dünyanın ən böyük zeytun yağı istehsalçısı İspaniyanın "Deoleo" şirkəti, tarixinin ən çətin dövrünü yaşayan sektorun "dərin transformasiya" keçirməsi lazım olduğunu bildirib.İqlim dəyişikliyi, artan qiymətlər, yüksək faiz dərəcələri və güclü inflyasiya son aylarda zeytun yağı sektoru üçün çətinliklər yaradıb.
Marja.az xəbər verir ki, İspaniyada iki il ardıcıl yaşanan qızmar isti yay zeytun məhsulunu azaldıb. Bu vəziyyət həm istehlakçıları, həm də sənaye nümayəndələrini təəccübləndirən qiymət artımına səbəb olub.
İspaniya dünya zeytun yağı istehsalının 40 faizindən çoxunu təmin edir. Bu, İspaniyanı qiymətlər üçün qlobal istinad edir.
"Deoleo"nun satış meneceri Miguel Angel Guzman, CNBC-yə elektron poçtla verdiyi açıqlamada deyib: "Sənaye tarixindəki ən çətin dövrlərdən biri ilə qarşılaşırıq. Yüksək faiz dərəcələri, güclü inflyasiya, quraqlıq və yığılan zeytunun azalması qiymətlərin əhəmiyyətli dərəcədə artmasına səbəb olub".
İspaniyanın Endülüs bölgəsində sızma zeytun yağının qiyməti yanvar ayında kiloqramı üçün 9,2 avro (9,84 dollar) olmaqla rekord səviyyəyə çatıb. Sonradan mart və aprel aylarında yağan faydalı yağışlara görə qiymətlər bir qədər geriləyib.
"2024/2025-ci il məhsulunun mümkün həcmlərini bilənə qədər qarşıda hələ vaxtımı var və o vaxta qədər qiymətlər dəyişkən qalacaq. Yeri düşmüşkən, sektorun köklü transformasiyaya ehtiyacı var", - Guzman bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 15 d. əvvəl
- 21 d. əvvəl
- 22 d. əvvəl
- 55 d. əvvəl
- 56 d. əvvəl
-
2 saat əvvəl
Baku Electronics-də “Şansını Tut” başlayıb - Endirimlərin Sehrinə Hazırsınız?
-
2 saat əvvəl
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
- 14 saat əvvəl
-
15 saat əvvəl
2-ci APFM AWARDS mükafatlarının təqdimat mərasimi keçirilib - FOTOLAR
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Qızıl və gümüş qiymətləri yenidən rekord qırdı
“XalqKart”da Yeni ilə özəl 6% keşbek
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
Tanınmış iş adamı Mikayıl Yusifov mükafata layiq görülüb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SİYAHI





















