Uzun fasilədən sonra Citibank ABB-yə xətt açdı
ABŞ-ın Citibank-ı ABB-yə örtüksüz xətt açıb.
Marja-nın əldə etdiyi məlumata görə, xətt beynəlxalq ticarətin maliyyələşdirilməsi məqsədlidir. Beləliklə, uzunmüddətli fasilədən sonra ABB ilə Citibank arasında beynəlxalq ticarətin maliyyələşdirilməsi üzrə əməliyyatlar bərpa olunub. Xarici əqdlərin icrası zamanı artıq bu xəttdən istifadəyə başlanıb.
Bu barədə ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov özünün Facebook səhifəsində yazıb:
“Xoş bir xəbəri sizinlə bölüşmək istərdim. Dünyanın aparıcı maliyyə qurumlarından olan ABŞ bankı Citibank uzun dönəmdən sonra ilk dəfə ABB-yə beynəlxalq ticarətin maliyyələşdirilməsi məqsədli örtüksüz xətt açıb.
Artıq bu xətt çərçivəsində ilk əqd də bağlanıb, korporativ müştərilərimizdən biri 9.5 mln. ABŞ dolları məbləğində sənədli əməliyyat imkanından faydalana bilib”.
İlk əməliyyatın infrastruktur layihələrinə aid olmasının əhəmiyyətini vurğulayan Abbas İbrahimov onu da qeyd edib ki, Citibank-ın Banka açdığı böyük məbləğdə kredit xətti ölkəmizin bank sektoruna olan inamın, ABB-nin dayanıqlı maliyyə vəziyyətinin və artan nüfuzunun daha bir göstəricisidir.
Citibank kimi böyük şəbəkəyə malik bankın örtüksüz xətt açması ABB-nin müştəriləri olan şirkətlərə, sahibkarlara qlobal bazarlardan alınan məhsul və xidmətlər üzrə əqdlərin maliyyələşdirilməsində geniş imkanlar yaradır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 4 d. əvvəl
-
- 8 d. əvvəl
-
25 d. əvvəl
Azərbaycana 4 ayda təxminən 100 milyon dollarlıq buğda idxal olunub -10 FAİZ ARTIB
- 47 d. əvvəl
-
50 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 53 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana çay idxalı 23% azalıb
Kərə yağı idxalı azalıb, bitki yağlarının idxalı isə artıb
Süd və qaymaq idxalı 54,9% artıb
Ən çox oxunanlar
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 25 GÜN
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb






.jpg)


















