AQTA soğan sahələrindəki problemin səbəblərini müəyyən edib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində zərərli orqanizmlərin vaxtında aşkarlanması və yayılmasının qarşısının alınması məqsədilə mövsümə uyğun olaraq bitkiçilik təsərrüfatlarında fitosanitar monitorinqlər həyata keçirir.
Agentliyin yaydığı məlumatda bildirilir ki, bu çərçivədə Agentliyin fitosanitar müfəttişləri Ağdam, Ağcabədi və Bərdə rayonlarının ərazisində yerləşən 25 soğan təsərrüfatında monitorinqlər aparıb. Ağdam rayonunda saxlanma yerlərindəki soğanın çürüməsi barədə daxil olan müraciət və Milli Monitorinq Planına əsasən həyata keçirilən monitorinqlər zamanı torpaqdan, həmçinin yetişdirilən və 2 anbarda saxlanılan soğan məhsulundan nümunələr götürülüb. 78-i karantin-ekspertiza, 67-si PZR olmaqla, ümumilikdə 145 nümunə müvafiq laboratoriyaya təqdim edilib. Laborator müayinələrin nəticələrinə əsasən, 1 təsərrüfatdan götürülmüş torpaq nümunəsində qızılı kartof nematodu, 2 anbardan götürülmüş nümunədə qara kiflilik, 1 təsərrüfata məxsus sahədən götürülmüş məhsulda soğan kök gənəsi, 6 təsərrüfatda tütün tripsi, 6 təsərrüfatda isə soğan yarpağının çürüməsi xəstəliyi aşkarlanıb.
Laborator nəticələrin, o cümlədən simptomların təhlili göstərir ki, hazırda soğan sahələrində mövcud olan problemin əsas səbəbi tütün tripsi (Thrips tabaci) və onun zədələdiyi toxumalarda inkişaf edən göbələk mənşəli ikincili infeksiya-soğan yarpağının çürüməsi (Stemphylium vesicarium) xəstəliyidir. Bununla yanaşı, tütün tripsi əsas olmaqla, digər sorucu həşəratların səbəb olduğu göbələk və virus mənşəli bitki xəstəliklərinin, eləcə də soğan məhsulunun saxlama şərtlərinə əməl edilməməsinin bu problemi yaratdığı istisna olunmur.
AQTA soğan yetişdirən təsərrüfat sahiblərinin nəzərinə çatdırır ki, tütün tripsi ilə mübarizə məqsədilə zərərverici ilə sirayətlənmiş bitki qalıqları sahədən çıxarılmalı və məhv edilməli, sahə alaq otlarından təmizlənməlidir. Mübarizənin səmərəli təşkil olunması üçün yetkin fərdlərin çıxışının dəqiq müəyyən edilməsi məqsədilə feromon tələlərdən istifadə olunması məqsədəuyğundur. Bitkinin 3-5 yarpaq mərhələsində bir bitkidə 6-10 sürfə aşkar edilərsə, kimyəvi mübarizəyə başlanıla bilər. Kontakt təsirli preparatların nimfalara qarşı həmişə effektli olmaması nəzərə alınaraq, kimyəvi mübarizənin preparatın istifadə təlimatına uyğun olaraq müəyyən intervalla təkrarlanması tövsiyə edilir. Həmçinin yetkin fərdlərdə və sürfələrdə davamlılığın yaranmaması məqsədilə kontakt və sistem təsirli insektisidlərdən növbəli şəkildə və tətbiq reqlamenti nəzərə alınmaqla istifadə edilməlidir. Eyni zamanda tütün tripsi aşkarlanan sahələrdə ən azı 3 il ərzində növbəli əkin həyata keçirilməlidir. Payızda torpaq dərin şumlanmalıdır.
Qeyd edilib ki, tütün tripsinin yetkin fərdləri və sürfələri bitkinin şirəsi ilə qidalanır. Tütün tripsi saxlama zamanı məhsulun yaşıl yarpaqları ilə yanaşı, soğanağa da zərər verir. Sürfə bitki qalıqlarında, sahib bitkilərdə, torpağın üst qatında, eyni zamanda anbarlarda saxlanılan soğan məhsulunun quru pulcuqlarının altında qışlayır.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
-
4 saat əvvəl
“AQA”nın kredit təşkilatı 3 milyon 124 min manat xalis mənfəət açıqlayıb
-
5 saat əvvəl
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
-
7 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
- 8 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
1 gün əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
Ən çox oxunanlar
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır






.jpg)
.jpg)





.jpg)



.jpg)







