Unicapital “Azərbaycan Sabit gəlirli qiymətli kağızlar və REPO Forumu”nda fəal iştirak etdi
(®) 05.03.2024-cü il tarixində “AmCham Bankçılıq, Maliyyə və Sığorta” Komitəsinin təşkilatçılığı ilə “Sabit gəlirli qiymətli kağızlar və REPO” mövzusunda tədbir keçirilib.
Tədbirdə Azərbaycanda dövlət və korporativ istiqrazları və REPO bazarlarında olan mövcud imkanlar müzakirə olunub. Görüşün keçirilməsində əsas məqsəd dövlət və özəl sektor qurumları, o cümlədən maliyyə və qeyri-maliyyə sektorundan olan investorların yerli kapital bazarında iştirakının təşviqi olmuşdur.
“Unicapital İnvestisiya Şirkəti" hər zaman olduğu kimi ölkəmizdə investisiya sahəsinin və xüsusi ilə də daxili kapital bazarının inkişafına dəstək məqsədi ilə forumun uğurlu olmasına öz töhfəsini verib. Şirkətin Baş Direktoru Vüqar Namazov tədbirin açılış nitqində Azərbaycandakı investisiya xidmətlərinin bu günkü istiqamətlərindən söz açıb.
Tədbirin davamında “Unicapital İ.Ş”ASC-nin “Portfel idarəçiliyi” şöbəsinin rəhbəri Seymur İbadov “Sabit gəlir və REPO bazarları: investisiyanın effektivliyini necə artırmaq olar?” mövzusunda çıxış edib. Çıxışı zamanı o, Azərbaycan kapital bazarındakı və qlobal bazarlardakı mövcud imkanları qonaqların diqqətinə çatdırıb.
Görüş AmCham Azərbaycan, Bakı Fond Birjası, Unicapital İnvestisiya Şirkəti, Kapital Bank və Qarabağ Dirçəliş Fondunun səlahiyyətli nümayəndələrinin sözügedən mövzu ətrafında çıxışları və fikir mübadilələri fonunda davam edib.
Xatırladaq ki, Bakı Fond Birjasının ilk və ən uzun müddətli üzvü olan “Unicapital”, kapital bazarlarının inkişafına, investorlara verdiyi dəstək və xüsusi yanaşması ilə seçilir.
Ölkədə onlayn formada, platforma üzərindən istiqraz alışı da, ötən il məhz “Unicapital” İnvestisiya Şirkətinin təminatçılığı ilə mümkün olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
8 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir



















.jpg)


