"Dedi ki, yeyinti çoxdur, terrorçusan, 175 min manat alıb getdi" - 143 milyonluq mənimsəmə
Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə N saylı hərbi hissədə maliyyə xidmətinin rəisi işləmiş Faiq Zeynalov ifadə verib.
Şahid deyib ki, hazırda hərbi hissələrin birində maliyyə xidmətinin rəisi vəzifəsində çalışır:
“2018-2021-ci illər ərzində ayrı-ayrı vaxtlarda 3 hərbi hissədə maliyyə xidmətinin rəisi olmuşam. İşlədiyim hər üç hərbi hissədə də maliyyə yoxlamaları aparılıb. Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsindən hərbi hissənin şəxsi heyətinə sərf olunması üçün olan vəsaitdən əlavə vəsaitlər istəmişəm. Bu vəsait hesabıma köçürülüb. Amma baş idarədə bundan xəbərləri olmayıb. Daha sonra təftiş zamanı bu pullar ortaya çıxıb. Həmin puldan 60 faizini təftişə gələnlərə qaytarmışam”.
Faiq Zeynalov bildirib ki, onun tərəfindən ümumilikdə 3 hərbi hissədə maliyyə yoxlaması zamanı 629 min manat ziyan müəyyən olunub, lakin həmin məbləğlə razı olmayıb. Onun sözlərinə görə, sənədlər məhv edildiyi üçün bu məbləğin azaldılması mümkün olmayıb: “Özüm ilk hərbi hissədən sənədlərin bir hissəni taparaq maliyyəçilərə təqdim etdim. Onlar da araşdırandan sonra məbləğin həmin hissəyə aid olan şişirdilmiş vəsaitləri sildilər”.
Daha sonra şahid Faiq Zeynalov ifadəsinin davamında göstərib ki, ikinci xidmət etdiyi hərbi hissədə ziyan 429 min manat yazılıb: “Bu məbləğlə bağlı sənədləri taparaq yoxlamanı aparanlara verdim. 60 min manatını sübut edə bildim ki, hərbi hissənin xərcləri olub. Araşdırılandan sonra 60 min manat qeyd olunan vəsaitdən çıxarıldı. Yerdə qalan pulu isə mənimsəməyimlə bağlı yazıldı. Həmin vaxtı mənin işimə təftişə Bayram Bayramov gəlmişdi. Bayram müəllim 2020-ci ilin dekabrında yoxlamada oldu. Həmin vaxt Vətən müharibəsindən yeni çıxmışdıq. Bayram müəllim fəaliyyətimi dərindən yoxlamadı. Ümumilikdə 200 min manat ziyan müəyyən edildi. Onda Bayram müəllimlə yoxlamaya gələnlərə 80 min manat verdik. Bayram müəllim isə özünə çatan pulu götürmədi”.
Faiq Zeynalovun sözlərinə görə, 2021-ci ildə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin təftiş şöbəsinin rəisi Rafael Xələfov, Hüseyn Paşayev və İsrafil Rəsulzadə hərbi hissəyə təftişə gəliblər: “Onlar apardıqları təftişdə yeyintini çox çıxarmışdılar. Rafael Xələfov məni Nizami müəllimlə hədələdi. Mənə dedi ki, külli miqdarda yeyintiyə yol vermisən, yeyinti çoxdur, terrorçususan. Həmin təftişlərin sonunda külli miqdarda yeyintinin olmasını müəyyən etdilər. Mən 194 min manatlıq vəsaitin xərclənməsi barədə sənəd təqdim etsəm də, bunu nəzərə almadılar. Rafael Xələfov məndən 170 min manat istədi. Sonradan restoranda Rafael Xələfov, Bayram Bayramovla birlikdə görüşdük. Orada içində 100 min mant olan çantanı Bayram müəllimin yanında stolun üstünə qoydum. Daha sonra Bayram müəllim vasitəsi ilə 60 min manat vermişəm”.
Şahid deyib ki, sonuncu hərbi hissədə aparılan yoxlama zamanı 6 min 300 manat ziyan müəyyən edilib. Onun sözlərinə görə, ümumilikdə ittihamda göstərilən vəsaitin 130-135 min manatı onun tərəfindən mənimsənilib. O bildirib ki, dövlətə tərəfindən vurulmuş ziyanın ödənilməsinə çalışır və yaxın müddətdə bir hissəsini ödəyəcək.
Daha sonra prosesdə iki şahid ifadə verib.
Məhkəmənin bu hissəsi qapalı keçirilib.
Proses fevralın 9-da davam etdiriləcək.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.
Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.
Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır.
Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.
Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
7 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur











.jpg)







.jpg)


