Ölkəmizdə VII dəfə Milli İnsan Resursları Forumu (MİRF2024) keçiriləcək!
Ölkəmizdə insan resurslarının inkişafı istiqamətində bilik və təcrübələrin paylaşılması üçün peşəkar spikerlərin öz təcrübələrini bölüşdüyü Milli İnsan Resursları Forumu bu il VII dəfə “Facemark”, “HR Option” və “HRENGINEERING” təşkilatçılığı ilə 24 aprel 2024-cü ildə təşkil olunacaq.
“Birlikdə`n qazan” konsept mesajı ilə keçiriləcək tədbirdə uğurlu komanda mühiti yaratmaq, birlikdə məsuliyyəti bölüşüb, effektivliyi artıraraq uğur qazanmağın üsulları və ortaq hədəflərə çatmaq üçün bərabər çalışmağın yollarından bəhs olunacaqdır.
Forumun qarşıya qoyduğu əsas hədəf insan resursları idarəçiliyi üzrə peşəkar spikerlərin çıxışı və yaradılacaq müzakirə mühiti ilə sahəyə dair müxtəlif mövzuları müzakirə etmək, problem və həll yolları üzərində fikir mübadiləsi aparmaqdır. 600 nəfərdən çox yerli və xarici şirkət nümayəndəsinin iştirakı ilə “Baku Marriott Hotel Boulevard”da təşkil olunacaq tədbirdə insan resursları sahəsinin peşəkarları, şirkət rəhbərləri, sahibkarlar, dövlət və özəl sektor nümayəndələri iştirak edəcəkdir.
Peşəkar moderator və spikerlər “Komanda quruculuğu”, “Komanda adamı”, “Komandanın uğursuzluğu” panelləri üzrə müxtəlif mövzuları müzakirə edərək “Birlikdə`n qazan”mağın yollarından danışacaqlar.
Milli İnsan Resursları Forumuna bilet əldə etmək və tədbirlə bağlı ətraflı məlumat əldə etmək üçün forumun rəsmi saytına (www.mirf.az) keçid edə və sosial media hesablarımızı izləyə bilərsiniz.
Facebook: https://www.facebook.com/mirfaze
İnstaqram: https://www.instagram.com/mirf.aze/
Linkedln: https://www.linkedin.com/company/mirf
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























