6 ayda qeyri-neft məhsullarının ixracı 1 milyard dollara çatmır
2017-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 171 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 98 ölkəyə məhsul ixrac olunmuş, 166 ölkədən idxal olunmuşdur.
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2017-ci ilin yanvar-iyun aylarında xarici ticarət dövriyyəsi 10 milyard 692,8 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 7 milyard 283,1 milyon dollar, idxalın dəyəri 3 milyard 409,7 milyon dollar təşkil etmiş, nəticədə 3 milyard 873,4 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır.
2016-cı ilin yanvar-iyun ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 3,8 faiz artmış, real ifadədə isə 16,4 faiz, o cümlədən ixrac 8,6 faiz, idxal 28,6 faiz azalmışdır.
Ticarət dövriyyəsinin 39,0 faizi Avropa İttifaqı ölkələri, 13,6 faizi MDB üzvü dövlətləri, 47,4 faizi isə dünyanın digər ölkələrinin payına düşmüşdür.
İxracın dəyərinin 23,1 faizi İtaliyaya, 11,7 faizi Türkiyəyə, 6,5 faizi Çinə, 5,5 faizi Rusiyaya, 5,0 faizi Portuqaliyaya, 4,5 faizi Gürcüstana, 4,0 faizi İsrailə, 3,8 faizi Kanadaya, 3,7 faizi Almaniyaya, 3,3 faizi Hindistana, hər biri 3,2 faiz olmaqla Tayvan (Çinin əyaləti) və Çexiyaya, qalan 22,5 faizi isə digər ölkələrə göndərilmiş məhsullar əsasında formalaşmışdır.
İdxal olunmuş məhsulların dəyərinin 19,4 faizi Rusiyanın, 16,8 faizi Türkiyənin, 9,8 faizi Çinin, 5,0 faizi Almaniyanın, 4,7 faizi Ukraynanın, 4,4 faizi ABŞ-ın, 4,0 faizi İtaliyanın, 3,7 faizi İranın, 3,3 faizi Birləşmiş Krallığın, 1,9 faizi Fransanın, hər biri 1,8 faiz olmaqla Qazaxıstan və Belarusun, 23,4 faizi isə digər ölkələrin payına düşmüşdür.
2017-ci ilin yanvar-iyun aylarında 737,6 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilmişdir ki, bu da 2016-cı ilin yanvar-iyun aylarına nisbətən faktiki qiymətlərlə 26,8 faiz, real ifadədə isə 24,3 faiz çoxdur.
2017-ci ilin yanvar-iyun aylarında 2016-cı ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə tərəvəz ixracı 73,1 faiz, təzə meyvə – 34,3 faiz, kartof – 50,6 faiz, tütün – 36,9 faiz, çay – 44,3 faiz, meyvə və tərəvəz şirələri – 91,7 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 21,5 faiz, polietilen – 1,9 faiz, pambıq lifi – 5,7 dəfə, qara metallardan borular – 0,1 faiz, bentonit gili – 3,9 dəfə artmış, şəkər ixracı isə 21,5 faiz, bitki yağları – 3,7 faiz, meyvə və tərəvəz konservləri – 4,8 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 15,7 faiz, emal olunmamış alüminium – 32,3 faiz, qara metallardan yarımfabrikatlar – 50,5 faiz, pambıq ipliyi – 34,6 faiz azalmışdır.
QUŞ VƏ MAL ƏTİ İDXALI 2 DƏFƏ ARTIB
2016-cı ilin yanvar-iyun ayları ilə müqayisədə 2017-ci ilin yanvar-iyun aylarında xam şəkər və şəkər idxalı 13,5 faiz, təzə meyvə – 10,9 faiz, quş əti və onun əlavə məhsulları – 2,0 dəfə, mal əti – 2,3 dəfə, minik avtomobilləri – 33,7 faiz, hesablama maşınları, blok və qurğuları – 86,0 faiz, qara metallardan çubuqlar – 15,9 faiz, rezin şinlər –50,5 faiz, mineral gübrələr – 4,1 dəfə, qara metallardan künclüklər – 36,6 faiz, məişət kondisionerləri – 13,8 faiz, paltaryuyan maşınlar – 96,5 faiz, yük avtomobilləri – 65,1 faiz, avtobuslar – 23,1 faiz artmış, buğda idxalı isə 35,2 faiz, bitki yağları – 36,9 faiz, kərə yağı, digər süd yağları və pastaları – 0,4 faiz, kartof – 5,7 faiz, çay – 2,1 faiz, təzə tərəvəz – 46,4 faiz, polad prokatı – 1,4 faiz, qara metallardan borular – 66,5 faiz, mebel – 10,1 faiz, polietilen – 28,2 faiz, sement və sement klinkerləri – 93,6 faiz, məişət soyuducuları – 37,5 faiz azalmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
-
5 saat əvvəl
Taxıl biçini davam edir, sahələrdən 1 milyon 619 min ton məhsul yığılıb
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
NYT: Oman ABŞ-a Hörmüz boğazından keçid üçün ödənişin tətbiqi təklifini təqdim edib
-
6 saat əvvəl
Pekin sərgisinin diqqət mərkəzində olan avtomobil artıq Bakıdadır - İLK DƏFƏ TƏQDİM OLUNDU, QİYMƏTİ
-
8 saat əvvəl
Dövlət Ehtiyatları Agentliyi yerli ərzaqlıq buğdanın tədarükünü elan edib
-
8 saat əvvəl
Yeni tekstil müəssisəsi istifadəyə verilib, 100-ə yaxın daimi iş yeri yaradılıb
-
9 saat əvvəl
"PAŞA Həyat Sığorta"nın dəstəyi ilə Ankara şəhərində növbəti kitab təqdimatı keçirilib
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Pekin sərgisinin diqqət mərkəzində olan avtomobil artıq Bakıdadır - İLK DƏFƏ TƏQDİM OLUNDU, QİYMƏTİ
"PAŞA Həyat Sığorta"nın dəstəyi ilə Ankara şəhərində növbəti kitab təqdimatı keçirilib
Ən çox oxunanlar
“Sizin Lombard” 50-dən çox filial ilə xidmətinizdə!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Ələt azad iqtisadi zonasında istehsal olunan məhsulların ixracına görə güzəşt tətbiq olunacaq
ƏDV-nin depozit hesabından DSMF-yə vəsait köçürmək imkanı yaradılır
Azərbaycanda uçot dərəcəsinin 2028-ci ilə qədər dəyişməz qalacağını proqnozlaşdırır
77, 91, 214 və 214A nömrəli marşrutlar üzrə avtobuslar dəyişdirilir



























