Şəhid övladları üçün həyata keçirilən “Onlar bizə əmanətdir” layihəsi davam edir
(®) Xeyirxah əməllərlə vətəndaşlarımızın yanında olan, minlərlə insana maddi və mənəvi dəstək göstərən Qırmızı Ürəklər Fondunun təşəbbüsü ilə “Onlar bizə əmanətdir” layihəsi davam edir.
Layihənin məqsədi Azərbaycanın bütövlüyü uğrunda canından keçən şəhid övladlarına mənəvi dəstək göstərmək, onlara cəmiyyətin diqqət və qayğısını hiss etdirməkdir.
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində həyata keçirilən layihə bu dəfə “Kapital Bank”, “Bestcomp Group”, “PASHA Pay”, “PAŞA Sığorta”, “PASHA Investments”, “PAŞA Technology”, “PASHA Life” və “PAŞA Bank”ın dəstəyi ilə baş tutub.
Layihə çərçivəsində “Azərpoçt”un dəstəyi ilə 16 yaşadək olan 1796 nəfər şəhid övladına bayram hədiyyələri təqdim ediləcək. Paytaxt Bakı ilə yanaşı, ölkənin regionlarını da əhatə edən layihədə fondun könüllüləri iştirak edir, siyahıların hazırlanmasında isə yerli icra hakimiyyəti orqanları dəstək olub.
“Red Hearts” - Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. https://redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək, həmçinin “Cəmiyyət” bölməsinə daxil olub ianələr etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
4 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















