AccessBank-dan Yeni il kampaniyası – yeni müştərilərə 24 AZN hədiyyə
(®) Sizin yerli Avropa bankınız olan AccessBank, müştərilərin Yeni İl ab-havasına əlavə rəng qataraq, misli görünməyən “2023-də 23 AZN xərclə, 2024-də 24 AZN qazan” kampaniyasına start verir.
Bayram hədiyyəsi qazanmaq istəyənlərə AccessBank, ilk dəfə olaraq, OK kredit kartı müştərilərinə Yeni İl-ə pul mükafatı təqdim edir.
Kampaniyanın qaydalarına görə, yeni OK kredit kartı sahiblərinə 2023-cü ilin son gününə qədər minimum birdəfəlik 23 manat xərcləmək şərti ilə, 2024-cü ilin ikinci həftəsinin sonunadək 24 AZN məbləğində birdəfəlik pul mükafatı kredit kartının balansına yüklənilir.
Kampaniya 19 dekabrdan 31 dekabra qədər aktivdir.
Kampaniya haqqında, o cümlədən, OK kredit kartı və onun üstünlükləri haqqında ətraflı məlumat əldə etmək, eləcə də, kartı sifariş vermək üçün linkə keçid edin: https://www.accessbank.az/az/private/creditcard/ok-kart/
OK kredit kartlarını bankın filiallarından əldə etmək mümkündür. Filiallar haqında əlavə məlumat linkdə təqdim edilir: https://www.accessbank.az/ru/our-bank/service-networks/.
Məlumat üçün bildiririk ki, AccessBankın Azadlıq, Binəqədi, Nərimanov və Lökbatan filialları şənbə günü də fəaliyyət göstərir.
AccessBank 2002-ci ildən Azərbaycanın bank sektorunda fəaliyyət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və digər beynəlxalq maliyyə təşkilatları və investisiya fondları yer alır. Bankın 14-i Bakıda, 18-sı bölgələrdə olmaqla, 32 filialı fəaliyyət göstərir.
Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq olar.
*AccessBank QSC xidmətlərini Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş 25 Oktyabr 2002-ci il tarixli, 245 nömrəli lisenziya əsasında təqdim edir və Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)





