Telekanalların reklam gəlirlərinin kəskin azalacağı gözlənilir
Ölkədə televiziya tamaşaçıları arasında keçirilən son araşdırmalara əsasən, əhalinin 76 faizi peyk siqnalı vasitəsilə qəbul edilən kanallara baxır, 15 faizi kabel televiziyalarının, 4 faizi isə İPTV abunəçisidir, 3 faizi də yerüstü rəqəmsal yayımlara tamaşa edir.
Marja.az xəbər verir ki, bunu Rəqəmli və Audiovizual Yayım Sənayesi İctimai Birliyi bildirir.
Qeyd edilib ki, digər tərəfdən qanunsuz fəaliyyət göstərən OTT* platformları üzərindən televiziyaya baxanların sayı 18 faizə çatıb, bölgələrdə sürətli internet yayıldıqca bu rəqəm daha da artacaq. Hazırda ölkə boyu qanunsuz televiziya yayımlarının fəal istifadəçilərinin sayı 300 mindən artıqdır. Qanunsuz yayımlanan internet saytlarının, OTT platformlarının (o cümlədən müxtəlif cihazlara yüklənmiş olanlar) istifadəçilərinin çoxalması orada müxtəlif reklamların yerləşdirilməsi, əslində qanunsuz reklam bazarının təşəkkülü deməkdir.
Rəsmi yayımlanan telekanallardakı reklam məzmunlarından fərqli olaraq yeni platformlar yayımlarına tamaşa edənlərə dair statistik rəqəmlər açıqlayır, habelə məşhur xarici kanallarda reklam yerləşdirmək üçün əlverişli şərtlər təqdim edirlər. Əvvəllər qanunsuz yayımlanan saytlarda bukmeyker tətbiqlərinin reklamı gedirdisə, bu gün qanunsuz OTT platformları tərəfindən teleyayım əsnasında əmtəə və xidmət reklamı formatı təklif edilir.
Rəqəmli və Audiovizual Yayım Sənayesi İctimai Birliyinin proqnozlarına görə, təcili tədbirlər görülməsə, rəsmi yayımlanan telekanallardakı reklam bazarının həcmi 2022-ci ildəki 42 milyon manatdan 2024-2025-ci illərdə 30 milyon manatadək, yəni 28,6 faiz geriləyəcəkdir.
Qeyd edilib ki, yaranmış vəziyyətin iqtisadi, habelə siyasi təhlükə mənbəyinə çevrilməsi göz qabaqındadır.
Rəqəmli və Audiovizual Yayım Sənayesi İctimai Birliyi hesab edir ki, qanunsuz platformların fəaliyyəti ölkəmizin nəinki televiziyasına, bütövlükdə media sektorunun inkişafına dağıdıcı ziyan vura bilər!
Ölkədə qanunsuz fəaliyyət göstərən yerli onlayn platformlar yarana bilər
Azərbaycanda qanunsuz məzmun yerləşdirilən piratçı saytlar, o cümlədən telekanallar yayımlanan qanunsuz platformlar fəaliyyət göstərir. Rəqəmli və Audiovizual Yayım Sənayesi İctimai Birliyinin məlumatına görə, 2022-ci ilə dair statistik rəqəmlər xoşagəlməz mənzərə yaradır. Belə ki, qanunsuz fəaliyyət göstərən sayt və platformların (o cümlədən xarici telekanalları qanunsuz yayımalayan proqramlar yüklənmiş və abunə ilə istifadə olunan qurğuların) istifadəçilərinin sayı 300 min ev təsərrüfatından artıqdır. Həmçinin qanunsuz fəaliyyət göstərən oyun platformlarının qeydə alınmış istifadəçilərinin sayında da artım vardır.
Bu kimi qanunsuz fəaliyyətlərin geniş intişar tapması ciddi problemlərə gətirib çıxara bilər.
Rəqəmli və Audiovizual Yayım Sənayesi İctimai Birliyinin ekspertləri aşağıdakı tədbirlər görməyi zəruri hesab edirlər:
1.Əqli mülkiyyət hüququnun qorunmasında dövlət qurumları daha yaxından iştirak etməlidir.
2.Onlayn pozuntular üçün cinayət məsuliyyəti sərtləşdirilməlidir.
3.Əqli mülkiyyət hüququnun təminatına dair monitorinq qrupu yaradılmalıdır.
4.Müəllif və əlaqəli hüquqlarını pozanların siyahısı tərtib edilməlidir.
5.Sözügedən sahədə törədilən cinayətlərə qarşı mübarizə üçün ixtisaslı ekspertlər qrupu yaradılmalıdır.
*OTT – Over the Top: internet üzərindən video xidmətlər göstərilməsi şəkli, provayderdən istifadəçinin qurğusuna şəbəkə vasitəsilə siqnalın ötürülməsini ehtiva edir.
Rəqəmli və Audiovizual Yayım Sənayesi İctimai Birliyi 2022-ci ildə yaradılaraq Azərbaycanda televiziya yayımı sektorunun səmərəli inkişafına dəstək verməyi qarşıya məqsəd qoyur. Ölkənin əsas televiziya və radio yayımçıları, kabel televiziyası və multiservis rabitə şəbəkələri operatorları, media agentlikləri, media məzmunları yaradıcılığı və yayımı bazarının iştirakçılarının peşəkar bilriliyi olan təşkilat 2022-ci ildə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən media sektorunun iştirakçılarına əlaqəli müəllif hüquqları verilməsinə dair müvafiq akreditasiya əldə etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
- 11 d. əvvəl
-
18 d. əvvəl
Siqaret qaçaqmalçılığı işi üzrə gəmi kapitanı və daha 2 nəfər həbs edilib
-
21 d. əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazlar ticarətə buraxılır
- 46 d. əvvəl
- 50 d. əvvəl
- 53 d. əvvəl
-
1 saat əvvəl
"Amazon Web Services" Azərbaycanla birgə işləmək üçün böyük potensial görür
-
1 saat əvvəl
Qırmızı Ürəklər Fondu “Bayram Səbəti” xeyriyyə aksiyasına start verir
- 1 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazlar ticarətə buraxılır
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində səfərdədir - “Gələcəyin oyunları 2025”in açılışı keçirilib
Dekabrın 18-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Həmişə sevdiklərimin itkisi ilə sınanmışam!
Avant Park yaşayış kompleksi sakinlərin istifadəsinə verilib - VİDEO
Azərbaycanda şirkətlərin sayı 203 mini keçib
Bank filial və şöbələrində növbə sistemlərinin qurulması üçün avadanlıqlar və xidmətlər satın alır
Magistral su kanalları 46 milyon manata yenidən qurulacaq - BU ŞİRKƏT TENDERDƏ QALİB OLDU











.jpg)









.jpg)
