"Park Yasamal"da dəmir-beton işləri 90% tamamlanıb
(®️) “Kristal Abşeron” xəbər verir ki, “Park Yasamal”da tikinti-təmir işləri sürətlə davam edir. Əldə etdiyimiz məlumata əsasən deyə bilərik ki, 10 binadan ibarət birinci mərhələdə dəmir-beton inşaat işləri 90% tamamlanıb. 10-cu mərtəbəyədək hörgü işləri görülüb və bütün binalarda elektrik işlərinə başlanılıb.

Şirkət nümayəndəsinin sözlərinə görə əksər binalarda fasad işlərinə start verilib. Paralel olaraq da kommunikasiya xətlərinin inşası işləri sürətlə davam edir və 9-cu mərtəbəyədək tamamlanıb. Yaxın günlərdə isə landşaftın infrastruktur işlərinə başlanılacaq.
“Park Yasamal”da mənzil əldə etmək istəyənlər üçün şərtlər çox sərfəlidir. Cəmi 12328 AZN ilkin ödənişlə tam təmirli 3 otaq studiya mənzilə sahib ola bilərsiniz.

“Park Yasamal” yaşayış kompleksinin bir üstünlüyü də beynəlxalq standartlara uyğun Avropa brendləri ilə inşa edilməsidir. Qeyd edək ki, burada mənzillərin təmirində alman istehsalı olan “GROHE” hamam aksesuarları, italyan istehsalı “Gewiss” elektrik açarları və digər İtaliya şirkəti “Prysmian” yanmayan kabellərindən istifadə olunacaq.
Yaşayış kompleksi Yasamalın prestijli ərazisində, 3 saylı “ASAN xidmət” mərkəzi yaxınlığında yerləşir. Kaktus adlanan ərazidən çəkilən yeni yol ilə kompleksin yerləşməsi daha da əlverişli olacaq.
Tam təmirli, çıxarışlı formada təhvil verilən göl mənzərəli mənzillər nağd və ipoteka krediti ilə satılır. Satış ofisinə yaxınlaşaraq 10% ilkin ödəniş, 20 ilədək ipoteka krediti ilə mənzil sahibi ola bilərsiniz.
Daha ətraflı: *1544 və ya 051 255 05 55
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)



