Nuriyev: “Pirallahı Sənaye Parkının 1- ci fazasının yaradılması başa çatıb”
Pirallahı Sənaye Parkının birinci fazasının yaradılması başa çatıb. Bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin sədri Elşad Nuriyev deyib.
“Park iki hissədən ibarətdir: 20 ha və 10 ha. “Gen Pharma Caucasus Manufacturing Operations” MMC-nin müəssisəsinin bu gün baş tutmuş təməlqoyma mərasimindən sonra birinci faza çərçivəsində boş yer qalmayıb”, - deyə E.Nuriyev bu gün jurnalistlərə bildirib.
Onun sözlərinə görə, hazırda Sənaye Parkının 6 rezidenti var, cəlb olunmuş investisiyalar 115,2 milyon manat məbləğində qiymətləndirilir ki, bunun da 36,7 milyon manatı artıq yatırılıb, faktiki olaraq 128 iş yeri yaradılıb.
E.Nuriyev qeyd edib ki, Pirallahı Sənaye Parkı əczaçılıq müəssisələri üzrə ixtisaslaşır, Tibb Universitetinin əczaçılıq fakültəsi, eləcə də Səhiyyə Nazirliyi və tibb müəssisələri ilə sıx əməkdaşlıq edir.
Prezident İlham Əliyev 2016-cı il sentyabrın 14-də “Pirallahı Sənaye Parkının yaradılması haqqında” sərəncam imzalayıb.
© "İnterfaks-Azərbaycan"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
1 d. əvvəl
SOCAR-da dövlət büdcəsinə ödəniləcək dividend müzakirə olunub və ödəniş məqbul hesab edilib
-
15 d. əvvəl
İlham Əliyev Sankt-Peterburqda keçiriləcək görüşdə iştirak etməyəcək - SƏBƏBLƏRİ AÇIQLANDI
- 23 d. əvvəl
- 27 d. əvvəl
-
19 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib
Paşinyan Rusiyaya səfər edəcək
Dekabrın 22-də gözlənilən hava şəraiti
Kakao qiymətləri düşür, şokoladlar isə hələ də bahadır
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub


















.jpg)


